“Bakı Fond Birjası” QSC ilə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC arasında “Bank of Baku” ASC-nin AZ2010005364 dövlət qeydiyyat
17.09.2025
16.09.2025-ci il tarixində “Bakı Fond Birjası” QSC ilə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC arasında “Bank of Baku” ASC-nin AZ2010005364 dövlət qeydiyyat nömrəli istiqrazları üzrə marketmeyker müqaviləsi bağlanılmışdır. Bu müqavilə ilə “ABB-İnvest İnvestisiya Şirkəti” QSC adıçəkilən istiqrazlar üzrə təkrar bazarda gündəlik olaraq 5% və ondan çox olmayan qiymət dəhlizi çərçivəsində alış və satış qiymətlərini müəyyən edir, eyni zamanda Birjanın ticarət sistemində öz adından 50,000 (əlli min) AZN ekvivalentindən az olmayaraq alış və satış sifarişləri yerləşdirir.