Digər xəbərlər


Azərbaycan Respublikası Dövlət Neft Fondunun nümayəndə heyətinin Yaponiyaya işgüzar səfəri baş tutub
17.09.2025

9–12 sentyabr tarixlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Yaponiyaya işgüzar səfəri həyata keçirilib. Səfərin əsas məqsədi Yaponiyada Fondun tərəfdaş qurumları ilə əməkdaşlığın dərinləşdirilməsi, maliyyə bazarları mühitinin təhlili və investisiya imkanlarının araşdırılması olmuşdur.

Səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Yaponiya Mərkəzi Bankının Monetar siyasət və maliyyə bazarlarına nəzarət məsələləri üzrə icraçı direktoru Koji Nakamura ilə görüşmüşdür. Görüş zamanı ölkənin monetar siyasəti və iqtisadi mühiti barədə fikir mübadiləsi aparılıb, həmçinin qlobal iqtisadi trendlərin və regional inkişaf meyllərinin təsirləri müzakirə olunub

Daha sonra nümayəndə heyəti Yaponiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Bankının (JBIC) sədri Tadaşi Maeda ilə görüş keçirib. Burada qurumun Azərbaycandakı fəaliyyəti, indiyədək həyata keçirilən layihələr və gələcək əməkdaşlıq imkanları barədə müzakirələr aparılıb. Tərəflər birgə investisiya təşəbbüslərinin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Tokioda təşkil olunmuş digər mühüm görüşlərdən biri də Tokio Fond Birjasına səfər çərçivəsində baş tutub. Burada aparılan müzakirələrdə Yaponiyanın fond bazarlarında son illərdə həyata keçirilən institusional islahatlar, şəffaflıq və korporativ idarəetmənin gücləndirilməsi istiqamətində görülən tədbirlərin əhəmiyyəti qeyd olunub.

Bundan sonra nümayəndə heyəti Fondun uzun illərdir əməkdaşlıq etdiyi “Sumitomo Mitsui Trust Group” rəhbərliyi ilə görüşüb. Tərəflər mövcud əlaqələrin hazırkı vəziyyətini nəzərdən keçirib, qarşılıqlı maraq kəsb edən yeni istiqamətlər üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Səfər çərçivəsində həmçinin “Mizuho Financial Group”, “PGIM” və “PAG Real Assets” rəhbərliyi ilə görüşlər keçirilib. Bu müzakirələrdə müxtəlif investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi və yeni tərəfdaşlıq imkanlarının qiymətləndirilməsi məsələləri diqqət mərkəzində olub.

İşgüzar səfər çərçivəsində nümayəndə heyəti həmçinin Osaka şəhərində keçirilən EXPO 2025 sərgisi çərçivəsində inşa olunan Azərbaycan pavilyonunu ziyarət edib. ARDNF-nin nümayəndələri pavilyonun konsepti ilə tanış olub, Fondun fəaliyyəti və strateji baxışı barədə təqdimat edərək iştirakçılarla fikir mübadiləsi aparıblar. Təqdimatda ARDNF-nin maliyyə və investisiya təcrübəsi ilə yanaşı, makroiqtisadi sabitliyin təminatı və milli sərvətin gələcək dayanıqlı inkişafa yönləndirilməsi istiqamətində Fondun rolu haqqında bəhs edilib.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment