Qazaxıstanın Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Gömrük Xidmətləri Rəhbərləri Şurası Hüquq-Mühafizə Bölmələri Başçıları Komitəsinin 25-ci iclası keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru Güloğlan Muradlının rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
İclas çərçivəsində iqtisadi sahədə hüquqpozmalarla mübarizə istiqamətində fəaliyyət, MDB dövlətlərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mövcud vəziyyət, beynəlxalq poçt göndərişləri vasitəsi ilə göndərilən dövriyyəsi qadağan edilmiş malların aşkar edilməsi istiqamətində fəaliyyət və digər məsələlər müzakirə edilib.