Tenderin adı: “İT Audit xidmətinin satın alınması ”
Tenderin elan tarixi: 16.09.2025
Tenderin son tarixi: 30.09.2025, saat 15:00.
Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:
• İştirakçı şirkətin bu sahədə ən azi 2 il təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referansla)
• Auditorların peşəkarlıq səviyyəsi tələb olunan xidmətlərin aparılması üçün uyğun olmalıdır.
• İşin icra müddəti qeyd edilməsi mütləqdir
• Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi
Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:
• Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli
• Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri
• Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)
• Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd
• Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı
• Şirkətin son 1 ildə vergi borcunun olmaması haqqında rəsmi arayış
• Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə yuxarıda qeyd edilən müddətədək (Bakı şəh., AZ 1014, Füzuli küç. 71) ünvanına göndərilməlidir.
• Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər tender@rabitabank.com elektron ünvanına və ya +99450 270 72 20 nömrəsinə müraciət edə bilərlər.