Dövlət maliyyə idarəolunması sahəsində fiskal diaqnostika aləti hesab olunan ”Açıq Büdcə Sorğusu” metodologiyasına uyğun olaraq “2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” sənədi hazırlanaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilir.
Sənəd növbəti il və ortamüddətli dövr üzrə makroiqtisadi proqnozları, büdcə siyasətinin əsas istiqamət və hədəflərini, prioritet xərc istiqamətlərini, icmal və dövlət büdcələrinin layihələrinin ilkin parametrlərinə dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin baxışlarını əks etdirir. Büdcə prosesinin növbəti mərhələlərində 2026-cı il üçün dövlət büdcəsi haqqında Qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilənədək qeyd edilən parametrlərə dəyişikliklərin edilməsi mümkündür.
“2026-cı ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama” və sənədin əlavələri ilə aşağıdakı linklərdə tanış ola bilərsiniz:
https://maliyye.gov.az/news/6316/2026-ci-ilin-icmal-ve-dovlet-budcelerinin-ilkin-gostericilerine-dair-aciqlama