Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri ilə görüş keçirilib
15.09.2025

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsi və Naxçıvan Dövlət Universiteti arasında imzalanmış əməkdaşlıq Memorandumuna əsasən Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin VI kursunda təhsil alan bir qrup  tələbə Mərkəzi Gömrük Hospitalında cərrahiyyə, daxili xəstəliklər, təcili tibbi yardım, ailə saölamlığı və seçmə fənn üzrə müxtəlif şöbələrdə təcrübə proqramına başlayıblar. 

Təcrübı proqramının ilk günü - 15 sentyabr 2025-ci il tarixində Mərkəzi Gömrük Hospitalında Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin təcrübə pruqramına başlayan tələbələri ilə görüş keçirilib.  Tədbirdə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Dr. Aynur Səfiyeva, Dövlət Universitetinin Tibb fakültəsinin tələbələri iştirak ediblər. 

Tədbiri giriş sözü ilə açan Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent İsmayıl Əfəndiyev tələbələri təcrübə proqramına başlamaları münasibətilə təbrik edib,  bu mərhələnin onların həkim kimi formalaşmasında mühüm rol oynayacağını vurğulayıb və onların gələcəkdə peşəkar bilikləri, humanizm dəyərləri və əzmkarlıqları ilə Azərbaycan səhiyyəsinə dəyərli töhfələr verəcəklərinə əminliyini ifadə edib.

Daha sonra Ümumi Cərrahiyyə şöbəsinin ümumi cərrahı, tibb elmləri doktoru Dr. Aynur Səfiyeva çıxış edərək tələbələri təcrübə proqramına başlamaları münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. O, təcrübə müddətinin gənc həkimlər üçün nəzəri bilikləri praktik bacarıqlarla zənginləşdirmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, Mərkəzi Gömrük Hospitalının peşəkar həkim heyətindən öyrənməyin tələbələrin gələcək peşəkar inkişafı üçün unikal bir imkan olduğunu vurğulayıb.

Tədbirin sonunda tələbələrin müxtəlif mövzularda ünvanladıqları suallar cavablandırılıb, onların maraq doğuran sahələr üzrə fikirləri dinlənilib. Həkimlər tələbələrin gələcək peşəkar inkişafı ilə bağlı məsləhətlər verib, təcrübə proqramının gedişatı barədə ətraflı məlumat təqdim ediblər.

Daha sonra tələbələr Mərkəzi Gömrük Hospitalının müvafiq şöbələrinə yönləndirilib və hər biri seçdikləri sahə üzrə praktiki bilik və bacarıqlarını inkişaf etdirməyə başlayıb. Qeyd edək ki, təcrübə proqramı tələbələrin gələcəkdə ixtisaslı həkim kimi formalaşmasına, nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməsinə və xəstələrlə işləmə təcrübəsi qazanmasına xidmət edir. Bu cür proqramlar gənc mütəxəssislərin Azərbaycan səhiyyəsinin gələcəyində daha hazırlıqlı və savadlı kadrlar kimi yetişməsinə mühüm töhfə verir.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment