AİB ilə dövlət-özəl tərəfdaşlığı layihələrinə dair təkliflər müzakirə olunub.
İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Asiya İnkişaf Bankının (AİB) Dövlət-Özəl Tərəfdaşlığı üzrə missiyası ilə görüşüb.
Görüşdə Azərbaycan ilə AİB arasında uzunmüddətli tərəfdaşlığın, o cümlədən dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrası nəzərdə tutulan və potensial layihələr barədə müzakirələr aparılıb.