Banklar


Mərkəzi Bankda Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası təşkil olunub
12.09.2025

“Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin tam, vaxtında və effektiv icrasının təmin edilməsi və aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə yaradılmış Makroiqtisadi dayanıqlılıq üzrə işçi qrupunun növbəti iclası keçirilib.

İclasda Mərkəzi Bank, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, İpoteka və Kredit Zəmanət Fondu, Əmanətlərin Sığortalanması Fondu və Aqrar Sığorta Fondunun nümayəndələri iştirak edib.

İşçi qrupunun sədri, Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov giriş nitqi ilə çıxış edərək Strategiya çərçivəsində “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi” üzrə əldə olunmuş nəticələr barədə məlumat verib, növbəti dövrlərdə də aidiyyəti tədbirlərin səmərəli icrası üçün bütün səylərin göstərilməsinin zəruri olduğunu vurğulayıb. Daha sonra, işçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktorunun müavini Ayaz Müseyibov təqdimatla çıxış edərək 2025-ci ilin ilk yarımili ərzində görülmüş işlər və əldə olunmuş nəticələr ilə bağlı ətraflı məlumat verib.

İclasda “Daxili və xarici təsirlərə dayanıqlılıq məqsədi”nin 3 fəaliyyət istiqaməti çərçivəsində təsdiq edilmiş 15 tədbirin 2025-ci ilin ilk yarımili üzrə monitorinq və qiymətləndirmə nəticələri, həmçinin həyata keçirilən fəaliyyətlərin effektivliyinin daha da artırılması istiqamətində işçi qrupunun üzvləri və Mərkəzi Bankın məsul əməkdaşları ilə geniş müzakirələr aparılaraq növbəti addımlar müəyyən edilib.


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment