Digər xəbərlər


"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
12.09.2025

Ötən il 5000 iştirakçı, 100-dən çox spiker, 100-dən çox startap və investoru bir araya toplayan “INMerge” İnnovasiya Sammiti 2025-ci ildə daha böyük hədəfləri qarşıya qoyaraq hazırlıqlara start verib. Bu il beşinci dəfə təşkil olunacaq “INMerge” sammiti daha iddialı proqramla geri qayıdır – tədbirə "Netflix"in həmtəsisçisi Mark Randolf kimi dünya miqyasında tanınmış adlar qatılacaq. Bundan əlavə, "OpenAI" şirkətinin keçmiş "Go-to-Market" rəhbəri Zak Hass və "Pixar"ın həmtəsisçisi Ed Katmull da spiker kimi çıxış edəcəklər.

"PAŞA Holding"in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır. Sammit, fintex, telekommunikasiya, elektron ticarət və digər sahələrdən olan innovatorları, investorları və sahənin nüfuzlu liderlərini bir araya gətirir. “INMerge” həm də iştirakçılara mühüm tərəfdaşlıqlar bağlamağa, əməkdaşlığı inkişaf etdirməyə və regionun liderləri və innovatorları ilə beynəlxalq əlaqələr qurmağa imkan verən strateji şəbəkə mərkəzidir.

Xatırladaq ki, 2024-cü ildə, “INMerge” İnnovasiya Sammitində "YouTube"un həmtəsisçisi Stiv Çen, "Amazon"un vitse-prezidenti və texniki direktoru Verner Vogels, "Starbucks" şirkətinin həmtəsisçisi Zev Siegl, Harvard Biznes Məktəbinin professoru Linda Hill, həmçinin Stenford Universitetinin professoru İlya Strebulayev kimi spikerlar qoşulub.

Qeyd edək ki, bu il beşinci dəfə təşkil olunacaq "INMerge” sammiti 29 və 30 senyabr 2025-ci il tarixlərində Bakı Konqres Mərkəzində baş tutacaq. Ətraflı məlumat və biletləri əldə etmək üçün
www.inmerge.az veb-saytına keçid edə bilərsiniz.


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment