Dövlət Gömrük Komitəsinin sədri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
12.09.2025
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Mentorluq proqramı çərçivəsində dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri Şəfəq Həsənəlizadə və Kamal Hüseynli ilə növbəti görüş keçirib. Görüşdə gənc kadrların potensialının inkişafına dəstək, o cümlədən liderlik bacarıqlarının gücləndirilməsi üçün bu kimi görüşlərin əhəmiyyətindən bəhs edilib, qaliblərin peşəkarlıq səviyyələrinin, gömrük sahəsində idarəçilik səriştələrinin, bilik və bacarıqlarının artırılması ilə bağlı tövsiyələr verilib. “Yüksəliş” müsabiqəsinin qalibləri proqram çərçivəsində keçirilən görüşlərin və aparılan maraqlı müzakirələrin onların karyera inkişafında böyük rol oynayacağına əminliklərini ifadə ediblər. Görüşdə gənclərin əldə etdikləri yeni təcrübələr barədə fikir mübadiləsi aparılıb, eləcə də Mentorluq proqramı çərçivəsində növbəti addımlar müəyyənləşdirilib.