Digər xəbərlər


Azərbaycan nümayəndə heyəti Qazaxıstanda ali audit və maliyyə təcrübəsini müzakirə edir
11.09.2025

Azərbaycan nümayəndə heyəti Qazaxıstanda ali audit və maliyyə təcrübəsini müzakirə edir

Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərlik etdiyi və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin əməkdaşlarının da təmsil olunduğu nümayəndə heyəti Qazaxıstan Respublikasında səfərdədir. 

Səfər çərçivəsində Hesablama Palatasının sədri V.Gülməmmədov Qazaxıstan Respublikası Ali Auditorlar Palatasının sədri Alixan Smayılov ilə görüşüb. Görüşdə hər iki ali audit orqanı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və qurumların fəaliyyəti barədə təqdimatlar edilib. 

Görüşdə ali audit orqanı ilə Maliyyə Nazirliyi arasında qarşılıqlı fəaliyyətin dövlət maliyyəsi sahəsində hesabatlılıq və şəffaflığın artırılmasındakı rolu vurğulanıb, büdcə vəsaitlərinin təyinata uyğun xərclənməsində birgə əməkdaşlığın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Maliyyə Nazirliyinin nümayəndələrinin səfərdə iştirakı praktiki təcrübə mübadiləsinə, həmçinin büdcə idarəçiliyi və maliyyə hesabatlılığının təkmilləşdirilməsinə töhfə verir.

Bundan əlavə, hər iki ölkənin ali audit orqanlarının və maliyyə nazirliyinin nümayəndələrinin iştirakı ilə keçirilən seminarda dövlət büdcəsinin layihəsi və icrası, eləcə də konsolidasiya edilmiş maliyyə hesabatlarının auditi mövzularında təqdimatlar edilib, maliyyə idarəçiliyinə dair geniş təcrübə mübadiləsi aparılıb. 

Eyni zamanda, səfər çərçivəsində nümayəndə heyəti və Qazaxıstan Maliyyə Nazirliyi  arasında dövlət büdcəsinin layihəsi və icrası prosesinə dair bir sıra məsələlər, o cümlədən gəlir və xərclərin proqnozlaşdırılması metodologiyası, büdcə vəsaitlərinin idarəedilməsi, nəticəəsaslı büdcə, maliyyə hesabatlılığı və s. üzrə müzakirələr aparılıb.   

Xatırladaq ki, “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında 2022–2026-cı illər üzrə əməkdaşlığın inkişaf etdirilməsi haqqında Kompleks Proqram”ın 19-cu bəndinə əsasən iki ölkənin ali audit orqanları arasında əməkdaşlıq əlaqələrinin gücləndirilməsi nəzərdə tutulub. Bu məqsədlə ötən il 2024–2026-cı illər üzrə ikitərəfli əməkdaşlıq istiqamətlərini müəyyən edən Tədbirlər Planı təsdiqlənib və tərəflər arasında əməkdaşlıq haqqında memorandum yenidən imzalanıb. Sözügedən sənəddə paralel auditlərin aparılması, kadrların peşəkarlığının artırılması məqsədilə təlim və seminarların təşkili, qabaqcıl təcrübə mübadiləsi üçün işgüzar səfərlərin həyata keçirilməsi nəzərdə tutulub.

 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment