"Bank of Baku" ASC-nin istiqrazları üçün “Ticarətə İcazə” qərarı verilmişdir
05.09.2025
5 sentyabr 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "Bank of Baku" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan qiymətli kağızların abunə yazılışı 08.09.2025-ci il tarixində başlayıb, 19.09.2025-ci il tarixində bitəcəkdir.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"Bank of Baku" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2010005364
İstiqrazın növü və forması
Faizli təmin edilməmiş, sənədsiz, adlı istiqraz
Ticarət üsulu / forması
Kütləvi / Abunə Yazılışı
İstiqrazların sayı
200,000 (ədəd)
İlkin ticarət qiyməti
100 manat
İstiqrazların buraxılış həcmi
20,000,000 manat
İllik gəlirlilik faizi
13%
Ödəmə periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən hər 90 (doxsan) gündən bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə)