Banklar


Mərkəzi Bank tərəfindən yeni rəqəmsal platformalar istifadəyə verilib
03.09.2025

Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) rəqəmsal maliyyə ekosisteminin inkişafına, məlumatlılığın artırılmasına və tərəfdaşlarla effektiv kommunikasiyanın gücləndirilməsinə xüsusi önəm verir. AMB tərəfindən bu çərçivədə növbəti təşəbbüs yeni informasiya platforması olan veb-saytın və sosial media səhifələrinin istifadəyə verilməsidir.

Maliyyə texnologiyaları və innovasiyalara həsr olunmuş yeni veb-sayt fintech.cbar.az ölkədə rəqəmsal maliyyə ekosistemində baş verən ən son yenilikləri, sektorun tənzimləyicisi kimi AMB-nin bu sahədə həyata keçirdiyi fəaliyyətləri, planlaşdırılan tədbirləri və rəqəmsal həllərə dair məlumatları bir ünvanda toplayaraq istifadəçilərə təqdim edir.

İstifadədə rahat interfeysə malik olan veb-saytda xüsusi tənzimləmə rejimi, Açıq bankçılıq konsepsiyası, virtual aktivlər və paylanılmış “KYC” sahələri üzrə mühüm məlumatlar və ən son yeniliklər diqqətə çatdırılır.

Linkedin və instaqram sosial şəbəkələrində yaradılmış yeni “Fintech_by_cbar” səhifələri isə maliyyə texnologiyaları sahəsi üzrə ölkədə və onun hüdudlarından kənarda baş verən yenilikləri və mühüm xəbərləri sosial media izləyicilərinin diqqətinə çatdıracaq. Maraqlı məzmunlar və interaktiv formatda paylaşımlar bu sahə üzrə məlumatlılığın artırılmasına töhfə verəcək.

Yeni rəqəmsal platformaların AMB ilə ekosistem iştirakçıları arasında innovasiyayönümlü əməkdaşlığı təşviq edəcəyi və sektorun dayanıqlı inkişafına töhfə verəcəyi gözlənilir.

Rəqəmsal platformalarla tanış olmaq üçün bu linkdən istifadə edin:

fintech.cbar.az

https://www.instagram.com/fintech_by_cbar?igsh=MWFic3Bvd24wajE5bA%3D%3D&utm_source=qr

https://www.linkedin.com/in/fintech-by-central-bank-of-the-republic-of-azerbaijan-a01285380/


 


     



05.09.2025
Hökümə Kərimova
Nar (Azerfon) şirkətində PR və Korporativ Kommunikasiyalar Departamentinin Direktoru
30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
 
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment