Neft və qaz


SOCAR tarixində ilk dəfə olaraq investisiya oluna bilən dərəcədə iki reytinq əldə edir
17.07.2025

11 iyul 2025-ci il tarixində “Moody’s” Beynəlxalq Reytinq Agentliyi SOCAR-ın investisiya oluna bilən dərəcəyə keçidini nəzərdə tutan uzunmüddətli emitent reytinqini Baa3 (sabit) dərəcəsinə yüksəldib.

SOCAR-ın sağlam maliyyə göstəriciləri, şirkətdə şəffaflığın və hesabatlılığın gücləndirilməsi və təkmilləşdirilmiş korporativ idarəetmə mexanizmlərinin formalaşdırılması reytinqin yüksəldilməsinə təsir edən əsas amillərdir.

Neft və qaz bazarlarında qiymət dalğalanması və əməliyyat volatilliyi kimi çətinliklərə baxmayaraq, SOCAR ardıcıl dörd il müsbət sərbəst pul axını, etibarlı kredit göstəriciləri və sağlam likvidlik mövqeyi nümayiş etdirib. Reytinq, həmçinin SOCAR-ın davamlı olaraq beynəlxalq əməkdaşlığı genişləndirməsini də nəzərə alır. “Moody’s”in sabit proqnozu SOCAR-ın kredit keyfiyyətini və səmərəli maliyyə idarəçiliyini qoruyub saxlamaq bacarığına olan inamı əks etdirir.

Qeyd edək, ötən il “Fitch” Beynəlxalq Reytinq Agentliyi SOCAR-a investisiya edilə bilən dərəcədə olan BBB- (sabit) reytinqi verib (https://www.fitchratings.com/research/corporate-finance/fitch-upgrades-socar-to-bbb-outlook-stable-08-08-2024).

Bundan əlavə, SOCAR ötən il özünün COP28 zamanı elan olunan dekarbonizasiya hədəflərinə sadiqliyini nümayiş etdirərək MSCI tərəfindən BBB ESG (Environment, Social and Governance – Ətraf mühit, Sosial və İdarəetmə) reytinqi alıb(https://socar.az/az/post/msci-beynelxalq-reytinq-agentliyi-socar-a-esg-uzre-bbb-ilkin-reytinqini-verib)

“Moody’s” 2010-cu ildən SOCAR ilə kredit reytinqlərinin verilməsi üzrə əməkdaşlığa başlayıb və hazırkı Baa3 reytinqi indiyədək əldə edilmiş ən yüksək dərəcədir:

İnvestisiya oluna bilən kredit reytinqləri borcalana bir neçə üstünlüklər təmin edir:

SOCAR-ın investisiya oluna bilən dərəcədə olan reytinq statusunu təsdiqləmək

Şirkətin təkcə risksevər (risk-seeking) deyil, həm də riskə meyilli olmayan (risk-averse) investorları cəlb etməsinə imkan yaratmaq

Həm yerli, həm də beynəlxalq kapital bazarlarında istiqraz emissiyaları zamanı daha çox potensial sərmayədarları cəlb etməklə likvidliyə çıxışı yaxşılaşdırmaq

Qiymətli kağızların buraxılışı zamanı müqayisədə daha aşağı faiz ilə yerləşdirmək

Daha aşağı faizlə yerləşdirmə imkanının gələcək buraxılışlar üçün istinad nöqtəsi olması


Moody’s haqqında:

“Moody’s” 1909-cu ildə Con Moodi tərəfindən təsis olunub və ABŞ-nin Nyu-York şəhərində yerləşir. Şirkət korporativ maliyyə, dövlət borcu və strukturlaşdırılmış maliyyə daxil olmaqla müxtəlif sahələr üzrə kredit reytinqləri, tədqiqatlar və risk analizləri təqdim etməkdə ixtisaslaşmışdır. “Moody’s” tərəfindən verilən önəmli reytinqlər investisiya qərarlarına və borclanma xərclərinə təsir edərək bazar iştirakçıları üçün əhəmiyyətli təsirlərə malikdir.

“Moody’s”in tam açıqlaması ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:

https://www.moodys.com/research/Moodys-Ratings-upgrades-SOCARs-rating-by-assigning-a-Baa3-issuer-Rating-Action--PR_509642#Related-Entities

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment