Digər xəbərlər


“Lady Femida” genişmiqyaslı hüquq forumu keçirildi
08.05.2025

7 may 2025-ci il tarixində Beynəlxalq Muğam Mərkəzində “Lady Femida” genişmiqyaslı hüquq forumu keçirildi. Forumda ölkənin müxtəlif sahələrindən qadın hüquqşünasları,  vəkilləri, mediatorları, hakimləri, hüquq müdafiəçiləri və hüquq üzrə ekspertlər iştirak etdi. Tədbirdə gender bərabərliyi, mövcud qanunvericilik və hüquqşünas qadınların üzləşdiyi problemlər ətrafında geniş müzakirələr aparıldı.




Forum "Konstitusiya və Suverenlik İli” çərçivəsində baş tutub.

Forumun açılış mərasimində Azərbaycan Respublikasının Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, millət vəkili Hicran Hüseynova, millət vəkilləri Əminə Ağazadə və Nigar Arpadarai çıxış edərək qadınların hüquqi sistemdə rolunun gücləndirilməsi, qanunvericiliyin gender həssaslığının artırılması və regional əməkdaşlığın əhəmiyyəti barədə fikirlərini bölüşdülər.

Eyni zamanda, forumda Azərbaycan Respublikasının Mediasiya Şurasının sədri Nadir Adilov, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvləri Lalə Nağıyeva və Rəhilə Ağaguliyeva çıxış ediblər.

Forumun açılış nitqi ilə “İnjuria” hüquq platformasının rəhbəri Kəmalə Məmmədova çıxış edərək tədbirin məqsədləri və əhəmiyyəti barədə iştirakçılara məlumat verdi. O, qeyd etdi ki, bu forum qadın hüquqşünasların həmrəyliyini, təcrübə mübadiləsini və ölkələrarası hüquqi əməkdaşlığı təşviq edir.

Tədbirdə Türkiyədən iki dəyərli qonaq – tanınmış vəkil Sahra Düzgün Tucel və beynəlxalq mediator Deniz Kite spiker qismində çıxış edərək, qadın hüquqları, mediatorluğun inkişafı və Azərbaycan-Türkiyə hüquqi əlaqələri sahəsində fikir və təcrübələrini bölüşdülər.

Forumun sonunda mühüm qərar qəbul edildi – “Azərbaycan-Türkiyə Qadın Hüquqşünaslar Platforması” adlı yeni əməkdaşlıq təşəbbüsünün yaradılması. Bu platforma vasitəsilə iki ölkənin qadın hüquqşünasları arasında qarşılıqlı əlaqələrin qurulması, birgə tədbirlərin, konfransların təşkili və qanunvericiliyin müqayisəli təhlili nəzərdə tutulur.

“Lady Femida” forumu bir daha sübut etdi ki, qadın hüquqşünaslar cəmiyyətin hüquqi və sosial inkişafında mühüm rol oynayır və onların həmrəyliyi yeni təşəbbüslər üçün mühüm zəmin yaradır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment