Neft və qaz


MSCI beynəlxalq reytinq agentliyi SOCAR-a ESG üzrə BBB ilkin reytinqini verib
29.10.2024

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) ESG (Ətraf mühit, Sosial və İdarəetmə) ilə bağlı aparıcı beynəlxalq reytinq agentliyi olan MSCI şirkəti tərəfindən 2024-cü il üzrə BBB ilkin reytinqini əldə edib.

ESG üzrə ilkin BBB reytinqi SOCAR-ın karbon emissiyalarının və tullantıların azaldılması, ictimaiyyətlə əlaqələr, biomüxtəliflik, sağlamlıq və təhlükəsizlik, idarəetmə və şəffaflıq sahələrində əldə etdiyi nailiyyətlərin təsdiqidir.

SOCAR Xəzər regionunda bu reytinqi əldə edən ilk enerji şirkəti olmaqla bu göstərici üzrə əksər milli neft şirkətləri ilə müqayisədə daha üstün yer tutmuşdur.

Ətraf mühit, sosial siyasət və idarəetmə çərçivəsinin təkmilləşdirilməsini və həyata keçirilməsini əhatə edən intensiv proseslərin nəticəsi olan bu reytinq SOCAR-ın davamlı və dayanıqlı inkişaf strategiyasının, o cümlədən ətraf mühit, sosial siyasət və idarəetmə məsələlərində planlarının uğurla həyata keçirilməsinə təkan verəcək.

Eyni zamanda qeyd edirik ki, həyata keçirilən layihələrin maliyyələşdirilməsi məqsədilə SOCAR-ın kredit reytinqlərində də müsbət dəyişiklik baş verib. Belə ki, “Fitch” reytinq agentliyi tərəfindən uzunmüddətli kredit reytinq dərəcəsi “BB+/pozitiv” səviyyəsindən cari ildə investisiya səviyyəsi olan “BBB-/sabit” səviyyəsinə yüksəldilib, “Moody’s reytinq agentliyi “Ba1/sabit” reytinq dərəcəsindən “Ba1/pozitiv” reytinq dərəcəsinə artırılıb , “Standard and Poor’s” reytinq agentliyi isə SOCAR-ın “BB-/sabit” reytinqini təsdiq edib.

MSCI ESG reytinqin istifadəsi və məhdudiyyətləri haqqında məlumat:

MSCI ilkin ESG reytinqi və əlaqədar tədqiqat

kompensasiya müqabilində “MSCI ESG Research” tərəfindən hazırlanmışdır;

kredit reytinqi və ya kapital tədqiqat hesabatı deyil;

heç bir zəmanət və ya dəqiqlik, keyfiyyət, tamlıq və ya faydalılıq zəmanəti olmadan məlumat məqsədləri üçün təqdim edilir;

yalnız ilk buraxılış tarixinə qədər qüvvədədir, dəyişdirilə və geri götürülə bilər;

investisiya təşviqi və ya hər hansı qiymətli kağızları almaq və ya satmaq üçün təklif və ya tövsiyə xarakteri təşkil etmir və nəzərdə tutulmur;

tamamilə və ya qismən “MSCI ESG Research”ə şirkət tərəfindən və ya onun adından təqdim edilmiş məlumatlara əsaslanır (MSCI həmin məlumatları etibarlılıq, doğruluq, dəqiqlik, tamlıq nöqteyi-nəzərdən təsdiq etmir, məlumatların bir qismi ictimaiyyətə açıq olmayan məlumat ola bilər);

“MSCI ESG Research”in yazılı icazəsi olmadan həmin məlumatların sürəti çıxarıla və yayıla bilməz.

“MSCI ESG Research” https://www.msci.com/legal/provisional-rating ünvanında yerləşən məhdudiyyətlərin əlavə müddəaları nəzərə almaqla reytinq və əlaqəli tədqiqat və ya onlardan hər hansı istifadə ilə bağlı məsuliyyət daşımır.

 


     



21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
 
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi
29.05.2024
Fidan Əzimli və Elçin Əzimli
ALPHA Coaching & Consulting şirkətinin təsisçiləri, Peşəkar Kouç və Təlimçilər
21.05.2024
Səbinə Məmmədova
Pluss Co. şirkətinin baş icraçı Direktoru və Təsisçisi



16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
 
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri
08.02.2021
Vüsal Gözəlov
“AccessBank”ın Cəlilabad filialının Rəhbəri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment