Digər xəbərlər


“Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər edilməsi barədə məlumat
19.08.2022

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 01 avqust 2022-ci il tarixli 32/1 nömrəli Qərarı ilə “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişikliklər təsdiq edilmiş və 16 avqust 2022-ci il tarixindən qüvvəyə minmişdir.

Bu dəyişikliklər bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.

Son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunmaqdadır. Cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14.9% artmışdır. Qeyd olunanlar nəzərə alınaraq, məsuliyyətli və sağlam kreditləşmənin təmin edilməsi, o cümlədən əhalinin izafi borclanmasının qarşısının alınması istiqamətində borcun gəlirlərə nisbəti (BGN) əmsalı 45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən borcalanlara verilmiş istehlak kreditlərinin risk qrupları 50% bəndi artırılmışdır. Təhlillər göstərir ki, istehlak kreditləri portfelinin 21%-ni BGN əmsalı 45-70% intervalında verilən kreditlər təşkil edir. Bundan əlavə, istehlak kreditləri üzrə yeni prudensial tələblərin faizlərə azaldıcı təsirinin təmin edilməsi məqsədilə faiz dərəcəsi sektorun orta faiz dərəcəsi ilə müqayisədə yüksək olan istehlak kreditlərinin nisbəti meyarı və risk qrupları sərtləşdirilmişdir.

Son illərdə bankların biznes portfelində dedollarlaşma meylləri müşahidə olunmaqdadır. Bununla belə, təhlillər xarici valyutada gəliri olmayan biznes subyektlərinin xarici valyutada biznes kreditlərinə maraqlarının olduğunu göstərir. Borcalanların potensial valyuta riskindən qorunması istiqamətində valyuta riski hedcləşdirilməmiş borcalanlara (xarici valyutada gəliri olmayan və ya valyuta riskindən sığortalanmamış borcalanlar) xarici valyutada verilmiş biznes kreditlərinin risk qrupu 120%-dən 200%-ə qaldırılmışdır.

Ölkədaxili banklararası bazarın stimullaşdırılması istiqamətində qısamüddətli yerli banklararası tələblərin risk qrupları yumşaldılmışdır.

Qeyd olunanlardan əlavə, risk səviyyəsinin aşağı hesab olunduğu bir sıra istiqamətlər üzrə tənzimləmə yanaşmaları yumşaldılmışdır.

Bütövlükdə, yeni dəyişikliklər post-pandemiya dövründə tədricən artan iqtisadi aktivlik fonunda bank sektorunun maliyyə dayanıqlığının təmin edilməsi və gücləndirilməsini, habelə əhalinin izafi borcalanmasının qarşısının alınmasını, eləcə də borcalanların valyuta riskindən qorunmasını və banklararası bazarın inkişafını təmin edəcəkdir.

Tədbirlər barədə daha ətraflı məlumatla link vasitəsilə tanış olmaq olar – https://e-qanun.az/framework/51186


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment