Banklar


TuranBank Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalının rəsmi tərəfdaşı oldu
01.09.2025

Ölkəmizdə rəqəmsallaşma proseslərinə fəal dəstək verən TuranBank 31 avqust – 5 sentyabr 2025-ci il tarixlərində Azərbaycanda keçiriləcək 49-cu Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) Dünya Finalının Azərbaycan Banklar Assosiasiyası çərçivəsində rəsmi tərəfdaşıdır.

Qeyd edək ki, dünyanın ən nüfuzlu proqramlaşdırma yarışı hesab olunan müsabiqə “ICPC Foundation”ın təşkilatçılığı və ADA Universitetinin ev sahibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının tərəfdaşlığı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi ilə “ICPC Azərbaycan” icmasının birgə əməkdaşlığı, Paşa Holdinqin dəstəyi ilə təşkil edilir.

Tələbələrin proqramlaşdırma bacarıqlarını, alqoritmik düşünmə qabiliyyətlərini və komanda işini inkişaf etdirməyə xidmət edən müsabiqənin Dünya Finalında 70-dən çox ölkəni təmsil edən 140-a yaxın universitet komandası yarışacaq. Beş günü əhatə edəcək müsabiqə çərçivəsində gənc proqramçılar problem həll etmə, komanda işi və proqramlaşdırma bacarıqlarını nümayiş etdirəcəklər.

Xatırladaq ki, ölkəmizi təmsil edən tələbələr 2005-ci ildən etibarən ICPC-nin regional turlarında iştirak edirlər. 2024-cü ildə ADA Universitetinin tələbələri Misirin Luksor şəhərində keçirilmiş Dünya Finalına vəsiqə qazanaraq, müsabiqə tarixində bu nailiyyəti əldə edən ilk Azərbaycan komandası olub. Bu il isə Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Dünya Finalında Azərbaycanı ADA Universitetinin və Bakı Ali Neft Məktəbinin (BANM) komandaları təmsil edəcək.

TuranBank bundan sonra da belə mühüm layihələrə tərəfdaşlıq etməklə ölkəmizdə rəqəmsal ekosistemin inkişafına, gənc nəslin informasiya texnologiyaları sahəsində bilik və bacarıqlarının artırılmasına dəstək verəcək.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.



TuranBank

Bizimlə etibarlıdır...


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment