Digər xəbərlər


“Gənclərin biznes emalatxanası” layihəsi uğurla davam edir
25.08.2025

“Gənclərin biznes emalatxanası” layihəsini uğurla başa vuraraq müvafiq avadanlıqlarla təmin edilmiş peşə təhsili mərkəzinin məzunları ilə görüş keçirilib.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçılarına aktivlərin verilməsi davam etdirilir. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin 28 məzunu layihə çərçivəsində biznes təlimləri uğurla başa vuraraq, avadanlıqlarla təmin olunublar. Onlar un məmulatlarının istehsalı, dərzi, poliqrafiya, qadın gözəllik salonu və avtoelektrik xidmətləri üzrə fəaliyyət göstərəcəklər. Artıq məzunlardan biri un məmulatları istehsalı üzrə sahibkarlıq fəaliyyətinə başlayıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin direktoru Qalib Nəbiyev “Gənclərin biznes emalatxanası” layihəsinin iştirakçıları ilə görüşüb. Görüşdə layihə ilə bağlı məzunların təəssüratları dinlənilib, sahibkarlıq fəaliyyəti və gələcək planları ilə bağlı fikir mübadiləsi aparılıb. 

KOBİA nümayəndələri həmçinin, “Gənclərin biznes emalatxanası” layihəsindən yararlanmış gəncin təsis etdiyi “Gülüm” Şirniyyat Evinin fəaliyyəti ilə tanış olublar. 

Qeyd edək ki, “Gənclərin biznes emalatxanası” layihəsinə 2021-ci ildə başlanılıb. Məqsəd peşə təhsili alan gənclərin biznes bacarıqlarının inkişaf etdirilməsi və sahibkarlıq fəaliyyətinə təşviq olunması, özünüməşğulluğunun təmin edilməsi, yeni biznes təşəbbüslərinin dəstəklənməsi, peşə təhsilinə marağın artırılmasıdır. Layihə gənclərin əmək bazarına hazırlıqlı çıxışı və dayanıqlı məşğulluğunun təmin olunmasında da əhəmiyyətlidir. İndiyədək Bakı, Abşeron, Qəbələ, Ağdam, Cəlilabad, Tovuz, Kürdəmir, Ağstafa, Masallı, Gəncə və Şəmkir rayonlarından olan və peşə təhsili məktəblərində təhsil almış 65 nəfər layihə çərçivəsində müvafiq avadanlıqlarla təmin edilib. 

KOBİA nümayəndələri həmçinin, Agentliyin dəstəyi ilə ixraca başlamış Qəbələnin Tüntül kəndində fəaliyyət göstərən mebel və qapı istehsalı müəssisəsində olub. Müəssisəni ziyarət zamanı sahibkarla biznesin inkişafı və ixrac imkanlarının genişləndirilməsində dövlət dəstəyinin rolu barədə fikir mübadiləsi də aparılıb. 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment