Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Xəstəxanalar Qrupu arasında strateji əməkdaşlıq məsələləri müzakirə olunub
25.08.2025

Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim, t.e.d., ümumi cərrah Bəxtiyar Musayev və rəis müavini, kardioloq Nabil Seyidov 5 illik strateji planının hazırlanması ilə bağlı 20-22 avqust 2025-ci il tarixlərində Türkiyənin Florence Nightingale Xəstəxanalar Qrupunda işgüzar səfərdə olublar.

Səfər çərçivəsində Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkimi Bəxtiyar Musayev və Nabil Seyidov  Florence Nightingale Xəstəxanalar Qrupunun icraçı direktoru Sinan Nazif Aran ilə  görüşmüş və tərəflər arasında gələcək əməkdaşlıq imkanları, birgə elmi-tədqiqat layihələri, həkim mübadiləsi proqramları, həmçinin kadrların ixtisasartırma və təlim imkanlarının genişləndirilməsi istiqamətində müzakirələr aparılmışdır.  

İki gün davam edən müzakirələr nəticəsində Mərkəzi Gömrük Hospitalının və Florence Nightingale Xəstəxanalar Qrupunun birgə həyata keçirilməsi planlaşdırılan bir çox klinik, tibbi təhsil və innovativ texnologiyaları əhatə edən 5 illik strateji əməkdaşlıq planı tərtib edilib. 

Həmçinin, görüşdə Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Xəstəxanalar Qrupu arasında əməkdaşlıq imkanları müzakirə olunub, kardiologiya, radiologiya, patohistologiya, gastroenterologiya və nevrologiya kimi mühüm klinik sahələr üzrə birgə layihələr və əməkdaşlıq istiqamətləri barədə ilkin razılaşmalar əldə edilib.

Qeyd edək ki, Mərkəzi Gömrük Hospitalı və Florence Nightingale Xəstəxanalar Qrupu arasında beynəlxalq əməkdaşlıq ölkəmizdə müasir tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi, yeni texnologiyaların tətbiqi, eləcə də yüksək ixtisaslı kadr potensialının formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment