Digər xəbərlər


"Sənaye 4.0 Hazırlıq” Proqramı yerli müəssisələrin texnoloji transformasiyasına dəstək verir
22.08.2025

Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi tərəfindən həyata keçirilən “Sənaye 4.0 Hazırlıq” Proqramı yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyasına dəstək məqsədi daşıyır.

İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) tərəfindən rəqəmsal texnologiyaların sürətli inkişafı və Dördüncü Sənaye İnqilabının (Sənaye 4.0) çağırışları fonunda "Sənaye 4.0 Hazırlıq" Proqramı həyata keçirilir. İqtisadiyyat Nazirliyinin dəstəyi ilə reallaşdırılan proqramın məqsədi yerli müəssisələrin Sənaye 4.0 texnologiyalarına inteqrasiyası, əməliyyat səmərəliliyinin artırılması, innovasiyaların təşviqinə dəstək göstərməklə onların rəqabət qabiliyyətini artırmaq, bununla da ölkə iqtisadiyyatının ümumi inkişafına töhfə verməkdir.

Proqram çərçivəsində müəssisələrin beynəlxalq metodologiya əsasında texnoloji hazırlıq səviyyəsi qiymətləndirilir, daha sonra müəssisələrin spesifik ehtiyaclarına uyğun texnoloji transformasiya üzrə yol xəritələri hazırlanır. Yol xəritələrinin icrası zamanı müəssisələrə maliyyə və peşəkar ekspert dəstəyi göstərilir.

Sənaye 4.0 transformasiyası müəssisələrə mühəndis və əməliyyat xərclərinin optimallaşdırılması, məhsuldarlığın artması, istehsal keyfiyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması kimi üstünlüklər verir. Bu üstünlüklər müəssisələrin daha çevik, rəqabətqabiliyyətli və davamlı fəaliyyət göstərməsinə imkan yaradır.

Proqram çərçivəsində 4SİM tərəfindən şirkətlər üçün texnoloji transformasiyaya dair qısamüddətli, intensiv təlim (“bootcamp”) keçirilib.

2024-cü ildə "Sənaye 4.0 Hazırlıq" Proqramının pilot mərhələsi çərçivəsində artıq “Metak”, “Azerfloat” və “STP Global Cable” şirkətlərinin rəqəmsal transformasiya prosesinə dəstək göstərilib.

İstehsalat, mədənçilik, tikinti, kənd təsərrüfatı və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər proqramda iştirak edə bilərlər. Bunun üçün fiziki və hüquqi şəxslər industry4.az platformasında qeydiyyatdan keçməlidirlər. Proqramda iştirak ödənişsizdir.


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment