Digər xəbərlər


Artrozun fizioterapevtik müalicəsi
21.08.2025

“Həkim məsləhəti” rubrikasında Mərkəzi Gömrük Hospitalının Fizioterapiya şöbəsinin rəisi, fizioterapevt-reabilitoloq Səidə Kərimova “Artrozun fizioterapevtik müalicəsi” mövsuzunda ətraflı məlumat verib. 

Artroz (osteoartrit) — oynaqlarımızın “yaşlanması” və zədələnməsi ilə gedən, zamanla inkişaf edən, həyat keyfiyyətimizi azalda bilən yayılmış bir xəstəlikdir. Bu zaman oynaq qığırdaqları incəlir, sümük səthləri bir-birinə sürtünməyə başlayır və nəticədə ağrı, hərəkət məhdudluğu, bəzən də iltihab yaranır. Ən çox diz, omba, boyun və bel oynaqları zərər görür.

Müalicədə məqsəd ağrını azaltmaq, hərəkəti bərpa etmək və xəstəliyin irəliləməsinin qarşısını almaqdır. Burada fizioterapiya çox önəmli rol oynayır — çünki dərmansız və təhlükəsiz üsullarla oynaqların vəziyyətini yaxşılaşdırır.

Fizioterapiya nədir və necə kömək edir?

Fizioterapiya — bədən funksiyalarını dərman istifadə etmədən, xüsusi tibbi cihazlar, məşqlər və metodlarla bərpa edən sahədir. Artrozda fizioterapiya:

Ağrını azaldır

İltihabı aradan qaldırır

Qan dövranını gücləndirir

Əzələlərin gücünü və tonusunu bərpa edir

Oynağın hərəkət imkanlarını artırır

Mərkəzi Gömrük Hospitalında Artroz üçün tətbiq olunan əsas fizioterapiya üsulları:

Maqnitoterapiya – maqnit sahəsi oynaqların dərin qatlarına təsir edərək ağrını və şişkinliyi azaldır.

Lazer terapiyası – zədələnmiş toxumaların bərpa prosesini sürətləndirir, qan dövranını yaxşılaşdırır.

Zərbə dalğa terapiyası (Shock Wave) – xroniki ağrı və iltihabın azaldılmasında, toxuma regenerasiyasının stimullaşdırılmasında təsirlidir.

Laser LLT (Low Level Laser Therapy) – aşağı intensivlikli lazer şüası ilə hüceyrələrin bərpasını stimullaşdırır, ağrını azaldır.

Ultrasəs terapiyası – iltihabı azaldır, oynaq mayesinin bərpasına kömək edir.

Elektroterapiya – sinir uclarına təsir edərək ağrını azaldır, əzələ gücünü artırır.

Müalicəvi idman və manual terapiya – hərəkəti artırır, əzələ balansını bərpa edir, ümumi vəziyyəti yaxşılaşdırır.

Evdə nələrə diqqət etməli?

Fizioterapiya seansları ilə yanaşı, gündəlik həyatınızda da bir neçə sadə qaydaya əməl etməyiniz müalicənin effektini artırar:

Aşırı çəkidən uzaq durun – artıq kilo oynaqlara yük gətirir.

Düzgün qidalanın – qığırdaq sağlamlığını dəstəkləyən zülal, omeqa-3 yağ turşuları, vitamin və minerallarla zəngin qidalar yeyin.

Hərəkətdə qalın – həkiminiz tərəfindən tövsiyə edilən yüngül məşqləri davamlı edin.

Soyuqdan və zərbədən qorunun – oynaq sağlamlığını qorumaq üçün bu vacibdir.

Fizioterapiya hər xəstə üçün fərdi plan tələb edir. Prosedurlara başlamaq üçün əvvəlcə mütəxəssis məsləhəti almaq lazımdır.

Səhhətinizə diqqət edin, hərəkətdə qalın və sağlam yaşayın! 

Mərkəzi Gömrük Hospitalında tətbiq olunan müasir fizioterapiya üsulları ilə ağrısız, aktiv və sağlam həyata addım atmaq mümkündür.


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment