Biləsuvar Gömrük İdarəsində xarici ticarət iştirakçıları ilə görüş keçirilib.
Görüşdə gömrük sistemində tətbiq edilən yeniliklər və təkmilləşdirmələr, ölkənin ixrac və tranzit potensialının artırılması, ticarətin asanlaşdırılması və sürətləndirilməsi istiqamətində gömrük orqanları tərəfindən görülən işlər barədə məlumat verilib.
Tədbir çərçivəsində “Zərərli maddələr və tullantılar”ın qanunsuz ticarəti mövzusunda fikir mübadiləsi aparılıb, bu istiqamətdə qanunvericiliyin tələbləri ətraflı izah edilib.
Sonda sahibkarlar tərəfindən səsləndirilən təklif və rəylər dinlənilib, onların sualları cavablandırılıb.