Digər xəbərlər


Ölkəmizdə ilk dəfə Occupational Aesthetic Congress keçiriləcək!
20.08.2025

4-5 oktyabr 2025-ci il tarixində Gülüstan sarayında “SMEX” (“Signature Moments Experience”) və “Facemark” şirkətlərinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə Occupational Aesthetic Congress keçiriləcək. “Səthdən Dərinə” konsepti ilə baş tutacaq estetik tibb və gözəllik sənayesinin ən nüfuzlu beynəlxalq tədbirlərindən biri olan Occupational Aesthetic Congress (OAC) sektorda yeni trendləri, innovativ yanaşmaları və qlobal əməkdaşlıq imkanlarını təqdim etmək üçün iştirakçılarını bir araya gətirəcək.

Müasir dermatologiyada innovasiya artıq kosmetik dəyişikliklərdən kənara çıxaraq bioloji, genetik və texnoloji əsaslara söykənən yanaşmaları əhatə edir. Bu səbəbdən tədbirin əsas məqsədi iştirakçılara estetik tibb və gözəllik sənayesindəki ən son texnologiyalar, təhlükəsizlik protokolları və funksional-regenerativ trendlər haqqında geniş və aktual məlumat əldə etmək imkanı qazandırmaqdır. Tədbir iştirakçıları dəri sağlamlığına kompleks baxışı, fundamental araşdırmaları və yeni texnologiyaları müzakirə edərək sahədə dönüş nöqtəsi yaradacaq ideyalar əldə edəcəklər.

Davos formatında təşkil olunacaq tədbir çərçivəsində iştirakçılara gün ərzində intensiv fikir mübadiləsi və müzakirə imkanları yaradılacaq. 09:00-dan 18:00-a qədər davam edəcək konqressdə 4 sessiya üzrə anatomiya və estetik tətbiqlər, canlı estetik prosedurlar, uydu simpoziumları və masterclasslar təqdim olunacaq.

Proqramda elmi məruzələr, beynəlxalq spikerlərin təqdimatları, canlı prosedur nümayişləri və yüksək səviyyəli masterclasslar yer alacaq. Bundan əlavə, B2B görüşlər, brend təqdimatları, interaktiv seminarlar və sertifikatlı təlimlər sayəsində həm nəzəri, həm də praktik biliklərin artırılması hədəflənir. 

OAC2025 bir platformadan daha çox, estetik tibb dünyasının gələcəyini formalaşdıran ən son innovasiyaları, elmi bilikləri və praktik təcrübələri bir araya gətirəcək. Kongres sektorda yeni imkanlar açaraq qlobal əməkdaşlıqların güclənməsi, peşəkar inkişaf və gələcəyin trendlərinin formalaşması üçün mühüm rol oynayacaq.

Forumla bağlı ətraflı məlumat, proqram və iştirak şərtləri ilə tanış olmaq üçün rəsmi vebsayta və sosial media hesablarımıza daxil ola bilərsiniz:

Websayt: https://occupationalaestheticcongress.com/

Instagram: https://www.instagram.com/oacongress

Facebook: https://www.facebook.com/profile.php?id=61578622316683

LinkedIn: https://www.linkedin.com/company/occupational-aesthetic-congress/about/?viewAsMember=true

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment