Digər xəbərlər


E-poçtda fırıldaqçılıq sxemlərindən necə qorunmalı: Kaspersky ekspertlərindən tövsiyələr
20.08.2025

Demək olar ki, hər bir internet istifadəçisi ən azı bir dəfə gələnlər qutusunda şübhəli məktublarla qarşılaşıb ki, bu məktublarda banklardan gələn saxta bildirişlər, şirnikləndirici təkliflər və ya qorxulu xəbərdarlıqlar yer alıb. Bu gün fırıldaqçılar getdikcə daha peşəkar davranırlar: mesajlarını rəsmi yazışmalar kimi gizlədir, məşhur brendlərin dizaynını kopyalayır və psixoloji təzyiqdən istifadə edərək insanı məktubdakı qoşmanı açmağa və ya linkə keçid etməyə məcbur edirlər. 

Xüsusilə xatırlamaq lazımdır ki, bu cür elektron məktublar təkcə şəxsi ünvanlara deyil, həm də iş ünvanlarına gələ bilər. Bu halda risk artır, çünki fırıldaqçılar konfidensial şirkət məlumatlarına giriş əldə etməyə cəhd edə və ya korporativ sistemlərə hücum etmək üçün yoluxmuş əlavələrdən istifadə edə bilərlər. Buna görə də sayıqlıq və kibergigiyena təkcə evdə deyil, işdə də vacibdir.

"Fırıldaqçılar tez-tez sosial mühəndislik üsullarından istifadə edir, istifadəçiləri onlara pul və məlumat vermək üçün aldatmaq məqsədilə inandırıcı fəndlər tapırlar. Fişinq və fırıldaq sxemlərinin qurbanı olmamaq üçün hər hansı qorxulu bildiriş və ya səxavətli təkliflərə, xüsusilə də təcili tədbirlər tələb edən bildirişlərə tənqidi yanaşmaq vacibdir. Göndərənin ünvanını və əlaqə məlumatlarını diqqətlə yoxlayın. Əgər məktubda link varsa, kursoru üzərinə gətirərək gizlədilmiş ünvanın görünən ünvanla eyni olduğuna əmin olun. Səhvlərə və yazı xətalarına qarşı diqqətli olun. Ən əsası isə təhlükəli linkləri vaxtında bloklayan etibarlı həllərdən istifadə edin”, - deyə Kaspersky-nin spam analitiki Anna Lazarçeva bildirir.

"Azərbaycanda biz həmçinin fişinq e-poçtlarının və e-poçtlara zərərli əlavələrin sayının artmasını müşahidə edirik. Kibercinayətkarlar tez-tez hücumlarını yerli reallıqlara uyğunlaşdırırlar - onlar tanış loqolardan, populyar xidmətlərdən istifadə edir və hətta mətnləri Azərbaycan dilinə tərcümə edirlər. Buna görə də istifadəçilərin rəqəmsal savadlılığını artırmaq və onlara əsas kibertəhlükəsizlik qaydalarını xatırlatmaq xüsusilə vacibdir", - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov öz növbəsində qeyd edir.

Kaspersky mütəxəssisləri fırıldaqçılığı göstərə biləcək aşağıdakı əlamətlərə diqqət etməyi tövsiyə edirlər:

Məktubu göndərənin şübhəli ünvanı və ya rəy üçün şübhəli əlaqə məlumatı.

Çox cazibədar təkliflər - uduşlar, bonuslar və asan qazanc.

Təcili tədbirlər görmək üçün tələblər – linkə keçid etmək, qoşmanı açmaq, pul köçürmək, nömrəyə zəng etmək.

Mətndə səhvlər və vizual dizaynın rəsmi brend üslubuna uyğunsuzluğu.

Məxfi məlumatların – loginlər, şifrələr, ödəniş məlumatılarının ötürülməsi üçün sorğular.

Şübhəli məktublarla etməli:

Qoşmaları açmayın və ya linklərə keçid etməyin.

Şübhəli mesajları silin və ya onları “Spam” qovluğuna yerləşdirin.

Fişinq saytlarını və zərərli qoşmaları bloklayan müasir təhlükəsizlik həllərindən istifadə edin.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment