"FERRUM CAPİTAL" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
19.08.2025
22 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "FERRUM CAPİTAL" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2019022287 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 19.08.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"FERRUM CAPİTAL" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2019022287
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı
10,000 ədəd
İlkin ticarət qiyməti
100 AZN
İstiqrazların buraxılış həcmi
1,000,000 AZN
İllik gəlirlilik faizi
14%
Hərrac qiyməti
100 AZN
İstiqrazların reallaşdırılmış həcmi
1,000,000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
1,000,000 AZN
İnvestor sayı
53
Sifariş sayı
53
Ödəmə Periodu
Buraxılışda olan ilk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 90 gündən bir