Tovuz Gömrük İdarəsinin təşəbbüsü ilə Qazax rayonunda fəaliyyət göstərən “Arkoz Qazax Sement Zavodu” MMC-də görüş keçirilib.
Görüş çərçivəsində gömrük əməkdaşları istehsal prosesini əyani şəkildə izləyib, onlara müəssisənin fəaliyyəti barədə məlumat verilib.
Həmçinin sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin asan, sürətli şəkildə reallaşmasına şərait yaradan yeniliklər, xidmət səviyyəsinin, əlçatanlığın artırılması məqsədilə aparılan təkmilləşdirilmələr, idxal-ixrac əməliyyatları zamanı qarşıya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Sonda xarici ticarət iştirakçılarının rəy və təklifləri dinlənilib, onların sualları ətraflı şəkildə cavablandırılıb.