"KREDİT EVİ" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
19.08.2025
12 avqust 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "KREDİT EVİ" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2003021493 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 19.08.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"KREDİT EVİ" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2003021493
İstiqrazların növü və forması
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması
Kütləvi / Rəqabətli hərrac
İstiqrazların sayı
3,000 ədəd
İlkin ticarət qiyməti
1,000 AZN
İstiqrazların buraxılış həcmi
3,000,000 AZN
İllik gəlirlilik faizi
17%
Minimal qiymət
100 (17.0000%) AZN
Maksimal qiymət
100 (17.0000%) AZN
Kəsmə qiyməti
100 (17.0000%) AZN
Ortaçəkili qiyməti
100 (17.0000%) AZN
İstiqrazların reallaşdırılmış həcmi
3,000,000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
3,000,000 AZN
İnvestor sayı
50
Sifariş sayı
50
Ödəmə Periodu
İldə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə hər 30 təqvim günündən 3 (üç) iş günündən gec olmayaraq ödənilir