7-8 oktyabr tarixlərində Bakıda keçiriləcək 2-ci Azərbaycan Halal Biznes (AZHAB) Forumuna könüllülərin cəlb olunması üçün müraciətlərin qəbuluna başlanılıb. Forumda könüllü kimi iştirak etmək istəyən gənclər sentyabrın 15-dək müraciət etməlidir.
Forumda iştirak etməklə könüllülər:
- Beynəlxalq tədbirin təşkili və idarə olunmasında yaxından iştirak edəcək;
- Komanda ilə işləmək və ünsiyyət bacarıqlarını inkişaf etdirəcək;
- Peşəkar mühitdə real iş təcrübəsi qazanacaq;
- Xarici qonaqlarla ünsiyyət qurmaqla yeni əlaqələr yaratmaq imkanı əldə edəcək;
- Xüsusi təlimdə iştirak edəcək və sertifikatla təltif olunacaq.
Ətraflı məlumat və qeydiyyat üçün: https://forms.gle/bnov3Q1n4zNTuUxA9
Əlavə suallar yaranarsa: 131 Çağrı Mərkəzi.