Digər xəbərlər


“VI Xəzər Su İnnovasiya Forumu Azərbaycanın regional su innovasiyaları mərkəzinə çevrilməsinə töhfə verəcək” – MÜSAHİBƏ
18.08.2025

12 sentyabr 2025-ci il tarixində Baku Expo Center-də “AQUALİNK” MMC-nin təşkilatçılığı ilə VI “Xəzər Su İnnovasiya Forumu” keçiriləcək. “Suya dəyər qatırıq” şüarı ilə baş tutacaq bu forum, ölkəmizdə su ehtiyatlarının dayanıqlı idarə olunması, ətraf mühitin qorunması və innovativ texnologiyaların tətbiqi mövzusunda geniş təcrübə və fikir mübadiləsi platforması olacaq.

“AQUALINK” şirkətinin təsisçisi Orxan Mikayıl ilə tədbir haqqında müsahibəni təqdim edirik.

Forumun əsas məqsədləri haqqında ətraflı məlumat verə bilərsinizmi? Məsələn, su idarəçiliyi, innovasiyalar və ekoloji təhlükəsizlik istiqamətlərində hansı konkret hədəflər mövcuddur?

Şirkətimiz tərəfindən təşəbüs edilən və artıq ənənə halında hər il təşkil edilən Xəzər Su İnnovasiya Forumu bu il öz formatında və yeni evində, yeni tərəfdaşları ilə birlikdə keçiriləcəkdir. Forum 12 sentyabr 2025-ci il tarixində “Bakı Su Həftəsi” çərçivəsində “Bakı Ekspo Mərkəzində” təşkil ediləcəkdir. Xəzər Su İnnovasiya Forumu su idarəçiliyi, innovativ texnologiyalar və ekoloji təhlükəsizlik sahəsində regionun ən mühüm dialoq platformasını yaratmağı hədəfləyir. Məqsədimiz təkcə mövcud problemləri müzakirə etmək deyil, konkret həllər üzərində işləməkdir. Biz su ehtiyatlarının səmərəli idarə olunması, iqlim dəyişikliyinə adaptasiya, qabaqcıl texnologiyaların tətbiqi və transsərhəd əməkdaşlığın gücləndirilməsi kimi strateji istiqamətləri prioritet kimi görürük. Forum həm də Azərbaycanın regional su innovasiyaları mərkəzinə çevrilməsinə töhfə verəcək.

Forum su sənayesində dövlət özəl tərəfdaşlığının inkişafına, yerli şirkətlərin inamlı böyüməsinə, öz təqdimatlarının edilməsinə, beynəlxalq şirkətlərin regiona daxil olmasına əlverişli şərait yaratmaqdadır. Bu ilki Foruma ABŞ, Türkiyə, Böyük Britaniya Krallığı, Almaniya, Niderland Krallığı, Macarıstan, İsrael, Çexiya və s.ölkələrdən şirkətlər və mütəxəssislər gələcəkdir. Təkcə bu ilki gündəliyin zənginliyi forumun vacibliyini təkrar sübut etməkdədir. Bu il Amerikadan “Düpont”, “AO Smith”, Böyük Britaniyadan “Waterlogic”, Avstriyadan “Hydrophil”, Almaniyadan “Biovörks”, Macarıstandan “Pureco”, “Hydrofilt” kimi şirkətlərin forumda çıxış etmələri və auditoriyaya yeni texnoloji həllər və ətraf-mühit texnologiyalarının çatdırılması mühim hadisə olacaqdır. Bu bir daha ölkəmizin əhəmiyyətini, dünya şöhrətli tədbirlər üçün ev sahibliyi etmə potensialını və əlverişli investisiya mühitinin oplmasını sübut etməkdədir.

"Suya dəyər qatırıq" şüarı nəyi ifadə edir? Bu mesajın tədbir üçün konkret şəkildə məzmunu və auditoriyaya çatdırılması necə planlaşdırılıb?

İlkin olaraq forumu təsis etdikdə “Gələcək üçün Su” şüarı ilə çıxış etmişdik. Zaman keçdikcə “Su missiyamızdır (mission water)”, “Su hərəkatı (water action)” kimi şüarlarla hər yeni forumumuza rəng və yeni çağırışlar qatmağa başladıq. Son tədbirimizdən sonra ölkəmizdə keçirilən qlobal əhəmiyyətli “COP 29” tədbirindən sonra, təşkilatçı heyətlə qərarımız ölkəmizdə və dünyada getdikcə azalan şirin su ehtiyyatlarına diqqəti daha da artırmaq üçün “Suya dəyər qatırıq” şüarını seçdik. Düşünürük ki, bu şüar əsasən də gənc nəsil vətəndaşlarımızda və mühəndislərimizdə suya olan münasibətin dəyişməsində, suyun dəyərini və əhəmiyyətinin dərk edilməsində xüsusi rol oynayacaqdır. 

Eyni zamanda, bu şüar həm texnoloji, həm iqtisadi, həm də sosial baxımdan suya verdiyimiz dəyəri əks etdirir. Peşəkar auditoriya üçün bu, su sektorunda əlavə dəyər yaradan innovativ texnologiyaları, idarəetmə modellərini və investisiya imkanlarını nəzərdə tutur. Geniş ictimaiyyət üçün isə bu, hər damla suyun qorunmasının və məsuliyyətli istifadənin vacibliyi mesajını verir. Yəni məqsədimiz həm sektorun özündə yenilik yaratmaq, həm də ictimai şüuru gücləndirməkdir. 

Forumun əsas auditoriyası kim olacaq? 

Auditoriyamız çoxşaxəlidir. Burada dövlət qurumları, beynəlxalq təşkilatlar, su sektorunda fəaliyyət göstərən şirkətlər, elmi-tədqiqat institutları, universitetlər, startaplar, texnologiya inkişaf etdiriciləri, QHT-lər və ekoloji fəallar iştirak edəcək. Bu müxtəliflik həm yerli, həm də beynəlxalq əməkdaşlıq üçün geniş imkanlar açacaq.

Tədbirin strukturu necədir? Panel müzakirələri, sərgilər, seminarlar və ya işgüzar görüşlər (B2B, B2G) kimi komponentlər varmı?

Forum çoxkomponentli formatda keçiriləcək. Panel müzakirələri vasitəsilə su idarəçiliyi, texnologiyalar, siyasət və ekoloji məsələlər müzakirə olunacaq. Tematik seminarlar isə ixtisaslaşmış mövzuların dərin təhlilinə həsr ediləcək. Bundan əlavə, innovativ texnologiyaların təqdimat ediləcəyi panellərlə zəngin gündəliyimiz, eləcə də işgüzar görüşlər (B2B, B2G) üçün xüsusi platformalar nəzərdə tutulub. Bu, həm bilik mübadiləsi, həm də real tərəfdaşlıq qurmaq üçün mühüm imkan yaradacaq.

Forum 4 paneldən ibarətdir. Hər panel özünəməxsus mövzu və mütəxəssislərlə zəngindir. İlk panelimiz “Qabaqcıl su texnologiyalarının tətbiqinin üstünlükləri”, ikinci panelimiz “Ətraf mühitin qorunması texnologiyaları və təcrübələri”? üçüncü panelimiz “Çirkab suların təkrar emal etmə texnologiyaları və onların əhəmiyyəti”, ən son panelimiz isə “Suyun idarə edilməsində innovativ texnologiyaların tətbiqi” mövzusunda olacaqdır.

“AQUALİNK” şirkətinin bu təşəbbüsdəki rolu nədir? Forumun təşkilati prosesi, tərəfdaşlar və dəstəkçilər haqqında məlumat verə bilərsinizmi?

“AQUALINK” MMC forumun əsas təşəbbüskarı və təşkilatçılarından biridir. Biz konsepsiyanın hazırlanmasından tutmuş, tərəfdaşların cəlb olunmasına və proqramın formalaşmasına qədər bütün mərhələlərdə fəal iştirak edirik. Tədbir beynəlxalq təşkilatlar, dövlət qurumları və özəl sektor nümayəndələrinin dəstəyi ilə həyata keçirilir. Bu sinerji forumu sadəcə müzakirə platforması deyil, real nəticələr verən əməkdaşlıq mərkəzinə çevirir.

Forumda su texnologiyalarında süni intellekt və data analitikası mövzusu necə işlənəcək? Gələcəkdə bu yanaşma su idarəçiliyində hansı inqilabi dəyişikliklər yarada bilər?

Biz bu mövzuya xüsusi önəm veririk. Forumda ayrılmış paneldə sensor şəbəkələrindən gələn məlumatların analizi, su sızmalarının real vaxtda aşkarlanması, iqlim modelləşdirməsi və istehlakın proqnozlaşdırılması kimi texnologiyalar müzakirə olunacaq. Süni intellekt və böyük verilənlər gələcəkdə su itkisini minimuma endirmək, qərar qəbulunu sürətləndirmək və resursların optimallaşdırılması baxımından inqilabi dəyişikliklər gətirə bilər.

Bu forum Azərbaycanın su ehtiyatlarının qorunması və daxili su idarəçiliyi sahəsində hansı konkret dəyişikliklərə yol açmağı hədəfləyir?

Bizim hədəfimiz forum nəticəsində konkret addımların atılmasıdır. Bunlara su idarəçiliyi üzrə milli strategiyalara töhfə verən təkliflərin hazırlanması, yerli şirkətlərin beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsi, yeni texnologiyalar üzrə bilik transferi və təlim proqramlarının təşkili daxildir. Eyni zamanda, ictimaiyyətin suyun dəyəri və qorunması ilə bağlı maariflənməsi də mühüm prioritetimizdir.

Forumla bağlı ətraflı məlumat, proqram və iştirak şərtləri ilə tanış olmaq üçün rəsmi vebsayta və sosial media hesablarımıza daxil ola bilərsiniz:

Sayt: www.wif.az

Instagram: https://www.instagram.com/waterinnovationforum/

Facebook: https://www.facebook.com/profile.php?id=100082562530028

LinkedIn: https://www.linkedin.com/company/85098167/


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment