Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Laboratoriyasında yüksək keyfiyyət standartları və texnoloji yeniliklər
14.08.2025

Mərkəzi Gömrük Hospitalının Laboratoriyası xəstəliklərin erkən aşkarlanması, dəqiq diaqnostika və pasiyentlərin həyat keyfiyyətinin yüksəlməsi üçün ən müasir texnologiyalarla təchiz olunmuş, milli və beynəlxalq standartlara tam uyğun və yüksək peşəkarlıqla fəaliyyət göstərən qabaqcıl kliniki şöbədir. 

Laboratoriyada tam avtomatlaşdırılmış analizatorlar, süni intellekt dəstəyi və daxili-xarici keyfiyyət kontrolları nəticələrin dəqiqliyini və etibarlılığını təmin edir. Tətbiq olunan xarici və daxili keyfiyyət kontrolları sistemi nəticələrin etibarlılığına, səhiyyə normativlərinə tam riayət edilməsinə və risklərin minimuma endirilməsinə zəmanət verir. 

Bu qabaqcıl texnologiyalar və yüksək peşəkarlıq sayəsində Laboratoriya tam təhlükəsiz şəkildə kliniki, biokimyəvi, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələr həyata keçirir.

Laboratoriyanın xidmət sahələrinə addir:

Kliniki analizlər: qan, sidik və digər bioloji nümunələrin ümumi göstəricilərinin təhlili;

Biokimyəvi testlər: orqan funksiyalarının qiymətləndirilməsi;

Koaqulopatoloji müayinələr: laxtalanma sisteminin təhlili;

Hematoloji analizlər: qan hüceyrələrinin keyfiyyətli və ətraflı təhlili;

Bakterioloji müayinələr: mikroorqanizmlərin aşkarlanması və antibiotik həssaslıq testləri;

İmmunoseroloji testlər: immun cavabın qiymətləndirilməsi, infeksion xəstəliklərin  diaqnostikası və autoimmun xəstəliklərin aşkarlanması;

•        Molekulyar-genetik müayinələr: virus, bakteriya, göbələk və parazitlərin genetik səviyyədə  yüksək həssaslıq və spesifikliklə aşkarlanması.

Mərkəzi Gömrük Hospitalının Laboratoriyası diaqnostik dəqiqliyi, sürəti və etibarlılığı təmin edən, dünyada tanınmış qabaqcıl laboratoriya avadanlıqları ilə təchiz olunub.

Roche Cobas sistemi - beynəlxalq keyfiyyət standartlarına tam uyğun, minimal insan müdaxiləsi ilə yüksək dəqiqlikli nəticələr təqdim edən müasir biokimyəvi və immunoloji platformadır. Geniş test menyusuna malik olan bu sistem infeksion, metabolik, endokrin və onkoloji göstəricilərin dəqiq və etibarlı diaqnostikasını təmin edərək, klinik qərarvermə prosesinə mühüm töhfə verir.

Vidas3 cihazı sürətli immunoanalizlərin aparılması üçün nəzərdə tutulmuş, yüksək texnoloji və etibarlı diaqnostik platformadır. Xüsusilə QuantiFERON testi sahəsində dünya miqyasında “qızıl standart” kimi tanınan bu sistem, üstün həssaslıq və spesifikliyi ilə seçilərək pasiyentlərə qısa zamanda dəqiq, etibarlı və klinik baxımdan əhəmiyyətli diaqnozların qoyulmasına şərait yaradır.

Hematoloji müayinələr, yüksək dəqiqlik və sürətli analiz imkanı təmin edən, tam avtomatlaşdırılmış Mindray hematoloji analizatorları vasitəsilə aparılır. Bu cihazlar qanın hüceyrəvi tərkibini — eritrositlər, leykositlər, trombositlər və onların subpopulyasiyalarını — yüksək həssaslıqla ölçərək, klinik diaqnostika üçün etibarlı və standartlaşdırılmış nəticələr təqdim edir.

Müasir texnologiyalar sayəsində müxtəlif koaqülopatiyaların (hipokoaqulyasiya, hiperkoaqulyasiya) erkən aşkarlanması və izlənməsi təmin olunur.

Koaqulopatoloji müayinələr yüksək dəqiqliklə Sysmex cihazı vasitəsilə aparılır. Bu qabaqcıl sistem qan laxtalanma faktorlarının fəaliyyətini, laxtalanma proseslərini və hemostazın ümumi vəziyyətini kompleks şəkildə qiymətləndirir. Müasir texnologiyanın imkanları sayəsində müxtəlif koaqülopatiyalar - hipokoaqulyasiya və  hiperkoaqulyasiya - erkən mərhələdə aşkar edilir və effektiv şəkildə izlənilir. Nəticədə, xəstəliklərin vaxtında diaqnostikası və müalicə planının düzgün tənzimlənməsi təmin olunur.

Bakterioloji müayinələrdə istifadə olunan Vitek və Bact Alert sistemləri, mikroorqanizmlərin sürətli və yüksək dəqiqliklə identifikasiyası, eləcə də antibiotiklərə qarşı həssaslıq testlərinin aparılması üçün beynəlxalq standartlara tam cavab verən müasir və qabaqcıl texnologiyalardır. Bu avadanlıqlar sayəsində diaqnostika prosesləri sürətlənir, nəticələrin etibarlılığı artır və pasiyentlər üçün optimal müalicə strategiyalarının seçilməsi təmin olunur.

Vitek sistemi geniş mikroorqanizm bazasına sahibdir. Avtomatlaşdırılmış analiz alqoritmləri vasitəsilə bakteriya və göbələklərin növ səviyyəsində müəyyən edilməsinə, həmçinin minimal inhibitor konsentrasiyasının (MIC) təyin olunmasına imkan verir.

Bact Alert sistemi isə qanda, beyin-onurğa mayesində və digər steril bioloji nümunələrdə mikroorqanizmlərin aşkarlanması üçün inkubasiya və davamlı monitorinq texnologiyasından istifadə edir. Bu sistem, mikroorqanizmlərin metabolik aktivliyini real vaxtda izləyərək infeksiyanın erkən mərhələdə diaqnostikasına şərait yaradır.

Bio-Rad CFX96 PZR sistemi, molekulyar diaqnostikada qızıl standartlardan biri olaraq, patogenlərin genetik səviyyədə aşkarlanmasında yüksək dəqiqlik və həssaslıq təmin edir. Bu real-vaxt PCR (qPCR) cihazı, virus, bakteriya, göbələk və digər mikroorqanizmlərin nuklein turşularının çoxsaylı hədəflər üzrə keyfiyyət və kəmiyyət təhlilinə imkan verir. Cihazın çoxkanallı optik sistemi və proqram təminatı, amplifikasiyanın dinamik monitorinqi və nəticələrin etibarlı interpretasiyasını təmin edərək, infeksion xəstəliklərin erkən diaqnostikasında, molekulyar genotipləşdirmədə və terapiya izlənməsində geniş istifadə olunur. CFX96-nın yüksək reprodüktivliyi və çoxsaylı nümunələrin paralel analizi laboratoriyanın iş yükünü azaldır və diaqnostik dəqiqliyi artırır.

BioFire sistemi isə çoxpanelli molekulyar diaqnostikanın qabaqcıl platformalarından biridir və multiplex PZR texnologiyasından istifadə edərək, bir çox patogenin eyni vaxtda sürətli və dəqiq aşkarlanmasını təmin edir. Bu sistem sindromik yanaşmaya əsaslanaraq infeksion xəstəliklərin etioloji səbəblərinin sürətli müəyyən edilməsində (məsələn, respirator, qastrointestinal, meningit və s. patogenlər) əhəmiyyətli üstünlüklər yaradır. BioFire-ın xüsusi mikroflüidik kartları və avtomatlaşdırılmış analiz prosesi laboratoriya işlərinin sadələşdirilməsinə, insan faktorundan yaranan səhvlərin minimuma endirilməsinə və test nəticələrinin təxminən bir saat 30 dəqiqə ərzində əldə olunmasına şərait yaradır. Bu da klinik qərarvermə prosesini sürətləndirir və xəstələrin vaxtında müalicəyə başlanmasına imkan verir. Beləliklə, BioFire sistemi yüksək spesifiklik və həssaslıqla geniş spektrdə patogenlərin (43-ə gədər patogen) genetik deteksiyasını təmin edən, innovativ və etibarlı molekulyar diaqnostika alətidir.

Laboratoriyanın ən yeni avadanlıqlarından olan Snibe Satlars T8 immunoloji və biokimyəvi testlərin geniş spektrini sürətli və etibarlı şəkildə həyata keçirməklə laboratoriya xidmətlərinin keyfiyyətini daha da yüksəldir. Həmçinin, nümunələrin qəbulundan başlayaraq analitik mərhələsinə qədər olan bütün proseslərdə süni intellekt texnologiyaları tətbiq edilir. Satlars T8 laboratoriyaya həm yüksək məhsuldarlıq, həm də dəqiq diaqnostik nəticələr qazandıraraq, klinik qərarvermə prosesini dəstəkləyir və pasiyent müalicəsinin keyfiyyətini artırır.

Laboratoriyanın uğurunun əsasında yüksək ixtisaslı və beynəlxalq təcrübəyə malik mütəxəssislər dayanır. Onların peşəkar bilikləri və texnoloji imkanlar sayəsində nəticələr sürətli və dəqiq şəkildə təqdim olunur. 24/7 rejimində fəaliyyət göstərən xidmətimiz, süni intellekt dəstəyi və tam avtomatlaşdırılmış analiz prosesləri ilə hər zaman sizə doğru nəticələr və vaxtında diaqnostika təqdim edir. 

Mərkəzi Gömrük Hospitalının Laboratoriyası – ən müasir texnologiyalar və beynəlxalq standartlara tam uyğunluqla, yüksək ixtisaslı mütəxəssislərin peşəkarlığı sayəsində, xəstəliklərin erkən aşkarlanması və dəqiq diaqnostikasında qabaqcıl rol oynayan etibarlı və sürətli diaqnostika mərkəzidir. Roche Cobas, Vitek, Sysmex, BioFire kimi dünya səviyyəli avadanlıqlarla təchiz olunmuş laboratoriyamız kliniki, biokimyəvi, koaqulopatoloji, hematoloji, bakterioloji, immunoseroloji və molekulyar-genetik müayinələri yüksək keyfiyyətlə həyata keçirir. 24/7 rejimində fəaliyyət göstərən xidmətimiz, süni intellekt dəstəyi və tam avtomatlaşdırılmış analiz prosesləri ilə hər zaman sizə doğru nəticələr və vaxtında diaqnostika təqdim edir.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment