Azərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən 2024-cü ildə ölkəmizdə keçirilmiş COP29 tədbiri çərçivəsində səsləndirilmiş Azərbaycan bank sektorunun dayanıqlı inkişafa dəstək bəyanatına əsasən görülən işlərin davamı olaraq, 2 milyard manat həcmində dayanıqlı layihələrin maliyyələşdirilməsinə dair öhdəliyin icrasını əhatə edən ilkin hesabat hazırlanıb.
Hazırlanmış hesabat banklar üzrə yaşıl və dayanıqlı maliyyələşdirmələrə dair məlumatlara əsaslanır və sektorun bu istiqamətdəki fəaliyyətlərinin monitorinqini təmin etməyə xidmət edir. Məlumatların toplanması məqsədilə ABA tərəfindən vahid hesabat forması hazırlanmış, banklar tərəfindən təqdim olunan məlumatlar əsasında isə ümumiləşdirilmiş hesabat formalaşdırılmışdır.
Sözügedən hesabatın qarşıdakı beş il ərzində hər il iki dəfə olmaqla Azərbaycan Banklar Assosiasiyasının rəsmi internet səhifəsində və digər informasiya resurslarında ictimaiyyətə təqdim edilməsi planlaşdırılır.