Banklar


AccessBank biznes müştəriləri üçün innovativ ödəniş həllini təqdim edir
01.08.2025

AccessBank müştəriyönümlü strategiyasını davam etdirərək, biznes sahibləri üçün daha bir rahat xidməti – myPOS mobil ödəniş həllini təqdim edir. Bu xidmətin sayəsində smartfon artıq ödəniş terminalı kimi istifadə oluna bilər. Yenilik qlobal rəqəmsal ödəniş sahəsinin lideri olan Visa şirkətinin dəstəyi ilə reallaşdırılıb.

Xidmət haqqında ətraflı məlumat üçün linkə keçid: https://www.accessbank.az/az/business/pos-ecom/#m-pos

myPOS -tapXphone texnologiyası əsasında hazırlanmış, POS-terminal əvəzinə mobil telefon vasitəsilə ödəniş qəbul etməyə imkan verən sistemdir. Xüsusilə kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub: kafe və restoran sahibləri, gözəllik salonları, çatdırılma xidmətləri, taksi sürücüləri və səyyar satışla məşğul olanlar bu xidmətin rahatlığından yararlana bilərlər. Bunun üçün sadəcə NFC dəstəkləyən Android telefon və tapXphone ilə myPOS tətbiqlərini yükləmək kifayətdir. Əlavə cihaz almağa və ya texniki xidmətə pul xərcləməyə ehtiyac yoxdur.

Müştərilər isə əvvəlki kimi rahat şəkildə təmassız bank kartı, smartfon, ağıllı saat və digər cihazlarla ödəniş edə biləcək.

“AccessBank olaraq müştərilərimizə müasir rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun innovativ həllər təqdim etməyə daim çalışırıq. Kiçik və orta biznes üçün əməliyyat xərclərinin optimallaşdırılması və müştəri məmnuniyyətinin artırılması xüsusilə vacibdir. Bu həll müştərilərimizə yeni imkanlar açır: əlavə avadanlıq xərci olmadan, istənilən vaxt və məkanda ödəniş qəbul edə bilərlər. Bu texnoloji, sərfəli və tam təhlükəsiz bir alətdir və dəyişkən dünyada biznesin inkişafını dəstəkləyir”, - AccessBank nümayəndəsi bildirib.

“Mobil cihazın bank terminalına çevrilməsi texnologiyası artıq dünyanın bir çox ölkəsində özünü doğruldub. Azərbaycanda nağdsız əməliyyatlar sürətlə inkişaf edir və bizneslər yeni ödəniş həllərinə böyük maraq göstərir. Əminik ki, bu birgə həll vasitəsilə AccessBank-ın ölkənin müxtəlif regionlarından minlərlə müştərisi ödənişləri tez, rahat və asan şəkildə qəbul edə biləcək. Bununla yanaşı, tapXphone beynəlxalq ödəniş sistemlərinin bütün təhlükəsizlik tələblərinə cavab verdiyi üçün sahibkarlar əməliyyatların təhlükəsizliyindən əmin ola bilərlər”, - tətbiqin istehsalçıları əlavə edib.

Xidmətə qoşulmaq üçün AccessBank-a müraciət etmək kifayətdir — bankın mütəxəssisləri sizə bütün mərhələlərdə, o cümlədən məsləhətləşmə, qoşulma və tətbiqin qurulması prosesində tam dəstək göstərəcəklər.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment