Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Dr. Alşan Paşazadə
31.07.2025

“Həkimlərimizi tanıyın!” rubrikasında Sizə Mərkəzi Gömrük Hospitalının Uşaq Cərrahiyyəsi şöbəsinin uşaq cərrahı Dr. Alşan Paşazadəni təqdim edirik.

Hər bir valideyn üçün övladının sağlamlığı ən dəyərli arzudur. Xüsusilə körpə yaşlarından başlayan sağlamlıq problemləri həm ailə, həm də həkim üçün həm emosional, həm də peşəkar baxımdan məsuliyyət tələb edir. Bu çətin, eyni zamanda şərəfli yolda pasiyentlərin sağlamlığına qovuşmasında uşaq cərrahlarının rolu danılmazdır.Dr. Alşan Paşazadə də bu missiyanı böyük peşəkarlıqla yerinə yetirən həkimlərdəndir.

Təhsil və ixtisaslaşma

Dr. Alşan Paşazadə 2013–2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. Hələ tələbəlik illərində Türkiyədə – Okmeydanı Eğitim və Araşdırma Xəstəxanasında təcili yardım və daxili xəstəliklər üzrə təcrübə keçib.

2019–2025-ci illərdə Azərbaycan Tibb Universitetinin “Uşaq cərrahiyyəsi” ixtisası üzrə rezidentura təhsilini Mərkəzi Gömrük Hospitalının klinik bazasında tamamlayıb. Bu dövrdəAlşan həkim Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Dr. Vüsal Cəfərovun kuratorluğu altında zəngin təcrübə qazanmış, müxtəlif uşaq cərrahi patologiyaların müalicəsində fəal iştirak etmişdir.

Fəaliyyət sahələri

Dr. Alşan Paşazadənin cərrahi fəaliyyəti geniş spektrli uşaq patologiyalarını əhatə edir:Anadangəlmə inkişaf qüsurları, ağciyərlərin kistik xəstəlikləri, sidik-cinsiyyət sistemi xəstəlikləri(hidronefroz, vezikoureteral refluks, hipospadiya, epispadiya, kriptorxizm və s.), həzm sistemi anomaliyaları

(qida borusu atreziyası, traxeya-ezofageal fistula, bağırsaq atreziyaları, hirschsprung xəstəliyi, pilor darlığı və s.), qaraciyər və dalaq kistaları və təcili cərrahi hallar:invaginasiya, appendisit, yad cisim udulması, xaya/yumurtalıq burulmaları, boğulmuş qasıq yırtığı, uşaqlarda travmalar. 

Təcrübə və nailiyyətlər

Dr. Alşan Paşazadə 2025-ci ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı kimi fəaliyyət göstərir. Həm akademik, həm də klinik təcrübəsini daima artırmaq məqsədilə çoxsaylı konfrans və təlimlərdə iştirak etmişdir. Belə ki, Alşan həkim 2022-ci illərdə “Uşaqlarda vezikoureteral refluks xəstəliyində yanaşı uroloji problemlər və xroniki qəbizliyin proqnoza təsiri” mövzusunda elmi iş yazıb, “Orqan və toxuma transplantasiyasında beyin ölümü diaqnozunun aktual aspektləri”mövzusunda konfransda, 2023-cü ildə Avropa Pediatrik Cərrahlar Assosiasiyası tərəfindən təşkil olunmuş “Pediatrik Endoskopik Cərrahiyyə üzrə ustad dərsi və təlim”-də, 2024-cü ildə Azərbaycan FETAL Araşdırma Qrupu tərəfindən təşkil olunmuş “Cərrahi korreksiya olunan bilan gastrointestinal anomaliyalar” konfransında, 2025-ci ildə  Azərbaycan Pediatriya Cəmiyyəti  tərəfindən təşkil olunmuş “Uşaqlarda sidik yolları infeksiyalarının cərrahi səbəbləri” mövzusunda seminarında iştirak edib. 

Məqsədi – uşaqlara sağlam gələcək bəxş etmək

Dr. Alşan Paşazadə üçün hər bir pasiyentin müalicəsi – sadəcə tibbi prosedur deyil, həm də xəstə uşaqlara sağlamlıq bəxş etmək, bir ailənin sevincinə səbəb olmaq deməkdir. Hər bir əməliyyat, hər bir müalicə prosesində o, uşaqların gələcəyini sağlam şəkildə təmin etməyi qarşısına məqsəd qoyur.

Dr. Alşan Paşazadənin qəbuluna yazılmaq üçün:(012) 404-08-08 . 

Həkim haqqında daha ətraflı məlumat üçün keçid edin:

https://customshospital.az/alshan-pashazade


Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi 

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment