BOKT "EMBAFİNANS" QSC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
31.07.2025
23 iyul 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə BOKT "EMBAFİNANS" QSC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2015020608 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 31.07.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.18 və 3.19 bəndlərinin tələblərinə cavab vermədiyindən, adıgedən istiqrazlar listinqə alınmamışdır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
BOKT "EMBAFİNANS" QSC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2015020608
İstiqrazların növü və forması
İstiqrazlar faizli, təmin edilməmiş sənədsiz adlı
Ticarət üsulu/forması
Kütləvi / Birqiymətli Hərrac
İstiqrazların sayı
2,000 (ədəd)
İlkin ticarət qiyməti
1,000 AZN
İstiqrazların buraxılış həcmi
2,000,000 AZN
İllik gəlirlilik faizi
13%
Hərrac qiyməti
1,000 AZN
İstiqrazların reallaşdırılmış həcmi
2,000,000 AZN
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
2,000,000 AZN
İnvestor sayı
1
Sifariş sayı
1
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən 12 (on iki) ay müddətində hər 3 (üç) təqvim ayından bir (bir ayda 30 gün olduğunu qəbul etmək şərti ilə) ödənilir