Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Novartis” farma şirkəti ilə əməkdaşlıq görüşü keçirilib
31.07.2025

30 iyul 2025-ci il tarixində ilə Mərkəzi Gömrük Hospitalında “Novartis” farma şirkətinin nümayəndələri ilə əməkdaşlıq görüşü keçirilib.Görüşdə Azərbaycanın səhiyyə sahəsində beynəlxalq tərəfdaşlıq imkanlarının genişləndirilməsi, innovativ müalicə metodlarının tətbiqi,  tibbi təhsil və təcrübə mübadiləsinə birgə layihələrin həyata keçirilməsi ilə bağlı əməkdaşlıq perspektivləri müzakirə olunub.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general mayoru, Əməkdar həkim Ceyhun Məmmədov, rəis müavini, t.ü.f.d., dosent, İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, rəis müavinləri Nabil Seyidov, Nahidə Mahmudova,  Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, t.e.d., ürək-damar cərrahı Rəşad Mahmudov, Novartis Farma şirkətinin Qazaxıstan nümayəndəliyinin brend menecerləri Daulet Suleymenov, Vlada Emelyanova, Novartis Farma şirkətinin marketinq menecer Vəfa Əliyeva, Novartis Farma şirkətinin layihə meneceri Xumar Bağırova, şöbə rəisləri, həkim və rezidentlər iştirak ediblər.

Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov tədbir iştirakçılarını salamlayaraq, “Novartis” kimi beynəlxalq səviyyədə tanınmış və innovasiyalara əsaslanan farmasevtik şirkətlə əməkdaşlığın əhəmiyyətini vurğulayıb, bu əməkdaşlığın gələcəkdə genişlənəcəyinə və birgə layihələrin həm pasiyent məmnuniyyətinə, həm də ümumi səhiyyə sisteminin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. Ceyhun Məmmədov qeyd edib ki, Mərkəzi Gömrük Hospitalının tibbi potensialı, yüksək ixtisaslı mütəxəssis heyəti və qabaqcıl texniki imkanları bu cür beynəlxalq əməkdaşlıq layihələri üçün əlverişli zəmin yaradır.

Daha sonra Novartis Farma şirkətinin Qazaıstan nümayəndəliyinin brend menecerləri Daulet Suleymenov və  çıxış edərək “Novartis” şirkətinin qlobal miqyasda innovativ tibb sahəsində əldə etdiyi uğurlar, müasir müalicə protokollarının hazırlanması, nadir və xroniki xəstəliklərin müalicəsində qabaqcıl yanaşmalar haqqında ətraflı məlumat verib. O, bu əməkdaşlığın təkcə müalicə sahəsində deyil, eyni zamanda klinik tədqiqatlar və tibbi təcrübə mübadiləsi kimi vacib istiqamətləri əhatə edəcəyini vurğulayıb.

Novartis Farma şirkətinin layihə meneceri Xumar Bağırova  “Azərbaycanda Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı ilə gömrük əməkdaşlarına lipid profilinin skrininqi üzrə layihə” mövzusunda təqdimatla çıxış edərək layihənin məqsədləri, əhatə dairəsi və gözlənilən nəticələri haqqında ətraflı məlumat verib.

Görüş zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini İsmayıl Əfəndiyev, Mərkəzi Gömrük Hospitalının rəisi- Baş həkim Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov, kardioloq Günay Hətəmova, damar cərrahı Səbuhi Dadaşov təqdim olunan layihə və gələcək əməkdaşlıq imkanları barədə rəy, təklif və qeydlərini bildirərək, gələcək planlar və perspektiv istiqamətlər üzrə fikir mübadiləsi aparıb və gələcəkdə birgə fəaliyyətin möhkəmləndirilməsi məqsədilə konkret addımların atılmasını müzakirə ediblər.


Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi  Dilarə Zamanova


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment