Digər xəbərlər


İqtisadi artım və dayanıqlı məskunlaşmaya dair alt işçi qrupların ilk iclası keçirilib
31.07.2025

İqtisadiyyat Nazirliyində keçirilən iqtisadi artım və dayanıqlı məskunlaşmaya dair alt işçi qrupların iclasında yeni sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə əsas istiqamətlər haqqında məlumat verilib, müzakirələr aparılıb.

İqtisadiyyat Nazirliyində “İqtisadi artım” və “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrupların ilk iclası keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyi və əlaqədar dövlət qurumlarının rəhbər vəzifəli şəxsləri iştirak ediblər. 

İqtisadiyyat naziri, alt işçi qrupların rəhbəri Mikayıl Cabbarov iclasda Milli Prioritetlərə əsasən həyata keçirilən 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası və işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası barədə məlumat verib.

Qeyd olunub ki, 2024-cü ilin sonuna strategiya üzrə nəzərdə tutulan tədbirlərin icra səviyyəsi 78%-ə çatıb. Strategiyanın icrası nəticəsində 2022-2024-cü illərdə qeyri-neft-qaz sektoru üzrə ÜDM hər il orta hesabla 6,6%, ümumilikdə isə 1,2 dəfə artıb. Qeyri-neft-qaz sektorunun ÜDM-də payı 2021-ci ildə 61,6% olduğu halda, 2024-cü ildə 67,8%-ə yüksəlib.

2024-cü il üzrə Böyük Qayıdışa dair I Dövlət Proqramının icra səviyyəsi isə 74%-dir. Ümumilikdə işğaldan azad olunmuş ərazilərin bərpası və quruculuğu işlərinə 21 milyard manatdan artıq vəsait ayrılıb. Azad edilmiş ərazilərdə 55 müəssisənin olduğu iki sənaye parkı yaradılıb. Biznes üçün güzəşt və azadolmalar tətbiq edilir. Bölgədə fəaliyyət göstərən müəssisələrin istehsal etdiyi məhsulların ixracına başlanılıb.

Tədbirdə 2027-2030-cu illər üzrə hazırlanacaq sosial-iqtisadi inkişaf Strategiyasında  nəzərdə tutulan prioritetlər, Böyük Qayıdışa dair II Dövlət Proqramı üzrə əsas fəaliyyət istiqamətləri haqqında məlumat verilib. İqtisadi şaxələndirmə, investisiyaların fəal təşviqi, özəl sektorun inkişafı, işğaldan azad edilmiş ərazilərdə biznesin fəallığının artırılması, ixracyönümlü artım modelinin təkmilləşdirilməsi üçün səmərəli mexanizmlərin hazırlanmasının əhəmiyyəti qeyd edilib.

Alt işçi qrupların fəaliyyəti ilə bağlı təqdimatlar olub, müzakirələr aparılıb.

“İqtisadi artım” üzrə alt işçi qrup yeni strategiyanın “Davamlı və yüksək iqtisadi artım”, “Paytaxt və regionların tarazlı inkişafı” məqsədləri, “Dayanıqlı məskunlaşma üçün ərazilərin iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyası” üzrə alt işçi qrup isə işğaldan azad edilmiş ərazilərdə iqtisadi fəallığın artırılması istiqamətində fəaliyyətlərin həyata keçirilməsi üzrə sənədin hazırlanmasını təmin edəcək.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment