Banklar


Mərkəzi Bankda “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun ilk iclası keçirilib
30.07.2025

 Mərkəzi Bankda iyul ayının 30-da “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupun ilk iclası keçirilib.

Mərkəzi Bankın sədri və alt işçi qrupun rəhbəri Taleh Kazımov iclasda çıxışı zamanı iqtisadi artımın davamlılığının təmin edilməsi, xarici və daxili şoklara qarşı iqtisadiyyatın dayanıqlılığının artırılması, həmçinin sosial rifah və inklüziv inkişafın dəstəklənməsi baxımından makroiqtisadi dayanıqlılığın mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Sədr Taleh Kazımov “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın makroiqtisadi sabitlik sahəsində həyata keçirilmiş tədbirlərin müsbət nəticələr verdiyini bildirib. O, inflyasiyanın Mərkəzi Bankın hədəf diapazonunda idarə olunması, maliyyə sektorunun dərinliyinin artırılması, maliyyə sektorunun ÜDM-də payının yüksəldilməsi və ümumiyyətlə, maliyyəyə çıxış imkanlarının genişləndirilməsi istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu qeyd edib.

Sədr çıxışı zamanı 2027-2030-cu illərdə ölkədə makroiqtisadi dayanıqlılığın daha da gücləndirilməsi məqsədilə makroiqtisadi və maliyyə sabitliyi üzrə siyasət çərçivələrinin təkmilləşdirilməsinin vacibliyini vurğulayıb.

Daha sonra tədbirdə “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması çərçivəsində təklif olunan fəaliyyət istiqamətləri ətrafında müzakirələr aparılıb.

Sədr yekunda işçi qrupun üzvlərini bu fəaliyyət istiqamətləri üzrə koordinasiyalı əməkdaşlığa dəvət edib.

Qeyd edək ki, “Makro-iqtisadi dayanıqlılıq” üzrə alt işçi qrupu Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması barədə sənədin icrasının təmin olunması məqsədilə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli, 356s nömrəli Sərəncamına əsasən yaradılıb.


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment