16 iyul 2025-ci il tarixində Azərbaycan Banklar Assosiasiyasının (ABA) nəzdində fəaliyyət göstərən Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən bank nümayəndələri üçün “Layihə maliyyələşdirilməsi kreditləri: Giriş” mövzusunda təlim təşkil edilib.
Təlim Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının “Bank sektoru üzrə təklifi genişləndirən tədbirlərin həyata keçirilməsi” tədbiri çərçivəsində hazırlanmışdır.
Bank sektorunda yeni fəaliyyətə başlayan və bir ilə qədər iş təcrübəsi olan əməkdaşlara istiqamətlənmiş təlimin əsas məqsədi layihə maliyyələşdirilməsi üzrə ilkin biliklərin formalaşdırılması və bu sahədə praktiki yanaşmaların paylaşılması olub.
Təlim çərçivəsində iştirakçılara layihə maliyyələşdirilməsinin əsas prinsipləri, bu növ kreditlərin ənənəvi kreditləşmədən fərqləri və tətbiq sahələri, strukturlaşdırma və hüquqi-prudensial çərçivə, maliyyə modellərinin qurulması və proqnoz hesabatlarının hazırlanması mövzularında biliklər təqdim olunub.
Təlim “Paşa Bank” ASC-nin Kreditləşmə üzrə baş analitikləri – Aqşin Namazov və Rüstəm Quliyev tərəfindən aparılıb.