Digər xəbərlər


Mərkəzi Gömrük Hospitalında “Zəka” gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib
18.07.2025

İyulun 17-də Mərkəzi Gömrük Hospitalında  “Zəka” gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri ilə görüş keçirilib. Tədbirdə çıxış edənAzərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi, tibb xidməti general mayoru, Əməkdar həkim Ceyhun Məmmədov gömrük sistemində müasir bilik və bacarıqlara malik əməkdaşların karyera yüksəlişinin təmin olunması, ixtisaslı kadr ehtiyatının formalaşdırlması baxımından müsabiqənin mühüm əhəmiyyət daşıdığını vurğulayıb.Həmçinin, xidməti vəzifələrin yerinə yetirilməsi zamanı daim öz üzərində işləmək, bilikləri dərinləşdirmək, vətənə və xalqa sədaqətlə xidmət prinsiplərini üstün tutmağın vacibliyi diqqətə çatdırılıb.

Daha sonra “Zəka” - gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin qalibləri üçün təlim keçirilib.Təlimdə  Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəis müavini, t.ü.f.d., dosent, İsmayıl Əfəndiyev “İlan və digər zəhərli heyvanların dişləmələri zamanı diaqnostika və ilk yardım” və Mərkəzi Gömrük Hospitalının Təcili Yardım şöbəsinin təcili yardım həkimi Cavad Cabarov “İlk yardım kursu” mövzusunda təqdimatlarla çıxış ediblər. 

Təlimdə “İlk yardım kursu”,  “İlan və digər zəhərli heyvanların dişləmələri zamanı diaqnostika və ilk yardım” mövzularında təqdimatlar nümayiş etdirilib.Təlim çərçivəsində gömrük əməkdaşlarına zəhərli heyvanların dişləmələri zamanı klinik əlamətlərin tanınması, zəhərlənmə hallarının erkən mərhələdə müəyyən olunması, zərərçəkmişə yerində ilkin yardım göstərilməsi, eləcə də tibbi yardım göstərilənədək  görüləcək tədbirlər barədə ətraflı məlumat verilib. Həmçinin, qıcolma, tənəffüs dayanması kimi hallarda göstərilməli olan ilkin tibbi yardım prinsiplərindən bəhs olunub, bu hallarda tətbiq edilən əsas texnikalar  nümayiş etdirilib, praktiki məşğələlər keçirilib.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment