Banklar


Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17.07.2025

Unibank 2025–2029-cu illəri əhatə edən genişmiqyaslı Dayanıqlılıq Strategiyasını və ona əsaslanan Dayanıqlılıq Siyasətini təsdiqedib. Bu sənədlər bankın milli prioritetlərə, beynəlxalq ESG standartlarına və bazar trendlərinə uyğun uzunmüddətli dəyər yaratmaq məqsədi daşıyan fəaliyyət istiqamətlərini əhatə edir.Strategiya, dayanıqlı maliyyə sahəsində beynəlxalq qabaqcıl təcrübələrə uyğunluğun təmin edilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən nəzərdən keçirilib.

Sənədin hazırlanması yaşıl iqtisadiyyatın təşviqi, COP29 və Paris Sazişi çərçivəsində iqlim öhdəlikləri, həmçinin “Azərbaycan 2030” Milli Prioritetləri fonunda bank sektorunun artan rolu ilə əlaqədar aktuallıq qazanıb. Bununla yanaşı, Mərkəzi Bankın dayanıqlı maliyyə sahəsində verdiyi tövsiyələr və beynəlxalq tərəfdaşların gözləntiləri nəzərə alınaraq, Unibank bu istiqamətdə sistemli və strateji yanaşmanı əsas götürüb.

Strategiya beş əsas istiqamət üzrə formalaşdırılıb: korporativ idarəetmə və mədəniyyət, dayanıqlı maliyyə məhsulları, risklərin idarə edilməsi, maraqlı tərəflərlə əməkdaşlıq və şəffaflıq. Hər bir istiqamət bankın ESG hədəflərinə uyğundur və 6 Dayanıqlı İnkişaf Məqsədinə birbaşa və dolayı töhfə verməyi hədəfləyir. Eyni zamanda Unibank dayanıqlılığın korporativ idarəetməyə inteqrasiyası üzrə qabaqcıl beynəlxalq təcrübə və tövsiyələr əsasında institusional strukturu formalaşdırıb. Müşahidə Şurası və İdarə Heyəti səviyyəsində müvafiq komitələr yaradılıb, strategiyanın icrasına nəzarət və koordinasiya mexanizmləri müəyyən edilib.

Unibank artıq bu istiqamətdə konkret addımlar atmağa başlayıb. 2024-cü ildə bank ölkədə ilk dəfə beynəlxalq standartlara uyğun yaşıl istiqraz emissiyasını həyata keçirib. Həmçinin, qabaqcıl beynəlxalq təcrübəni əsas götürərək, yaşıl və sosial layihələrin seçilməsi, dayanıqlı maliyyə alətlərinin gəlirlərinin istifadəsi və onların açıqlanması ilə bağlı əsas prinsipləri müəyyən edən Dayanıqlı Maliyyə Çərçivəsi hazırlanıb və 19 iyul 2024-cü il tarixində Müşahidə Şurası tərəfindən təsdiqlənib.

Strategiyanın icrası barədə məlumatlar “Unibank”ın rəsmi saytında dayanıqlılıq məsələlərinə həsr olunmuş hissədə mütəmadi olaraq paylaşılacaq.

Ətraflı: https://unibank.az/az/sustain/index


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment