Kaspersky və “VDC Research”in birgə araşdırmasının nəticələrinə görə, dünya üzrə sorğuda iştirak edən sənaye müəssisələrinin yalnız 37%-nin istehsal və əməliyyat proseslərində süni intellektdən (AI) istifadə təcrübəsi var*. Lakin növbəti iki il ərzində bu pay 44%-ə qədər arta bilər. Kaspersky tərəfindən bu barədə “Innoprom-2025” beynəlxalq sərgisi çərçivəsində keçirilən “Kibermüdafiənin avtomatlaşdırılması: təhdidlərə qarşı süni intellekt” adlısessiyasında məlumat verilib.
Araşdırmaya görə, süni intellekt sənayedə digər texnologiyalara nisbətən daha az yayılıb. Müəssisələrdə, xüsusilə qabaqcıl analitika, uzaqdan monitorinq və kibertəhlükəsizlikşlüzlərindən daha geniş istifadə olunur. Bununla belə, iki illik perspektivdə respondentlər süni intellektin tətbiqinə üstünlük verəcəklərini bildiriblər.
Texnologiyaların tətbiqində ən fəal sektor avtomobil sənayesi olub. Sənayedən sorğudaiştirak edən təşkilatların demək olar ki, yarısı (47%) öz işlərində süni intellektdən istifadə edir və 2027-ci ilə qədər bu pay 74%-ə çata bilər.
"Süni intellekt sənaye müəssisələrinə real üstünlüklər verir ki, nəticədə səmərəliliyin artırılmasına, proseslərin optimallaşdırılmasına və istehsalda risklərin azaldılmasına kömək edir. Prediktiv (öncədən məlumat verən) analitika getdikcə populyarlaşır, yəni sənaye sistemlərinin texniki vəziyyətini proaktiv şəkildə izləmək və xətalarn xəbərçisi ola biləcək anomaliyaları müəyyən etmək imkanları genişlənir. Bu, xüsusilə mürəkkəb sənayelərdə vacibdir, burada kiçik bir xəta belə baha başa gələ bilər", - deyəKaspersky-nin Rusiya və MDB ölkələrində biznesin inkişafı üzrə vitse prezidenti Anna Kulaşova qeyd edir. "Yadda saxlamaq lazımdır ki, sənaye obyektləri kiberhücumlar üçün əsas hədəflərdən biri olaraq qalır və süni intellektin tətbiqitəcavüzkarların bu müəssisələrə marağını daha da artırır. Ona görə də nəinki yeni texnologiyalar tətbiq etmək, həm də onları lazımi şəkildə qorumaq lazımdır".
Kaspersky və “VDC Research”in“ İxtisaslaşdırılmış həllərlə sənaye təhlükəsizliyinin təmin edilməsi” adlı birgə tədqiqatı sənaye nəzarəti sisteminin (ICS) kibertəhlükəsizliyinin cari vəziyyətinin təhlilini təqdim edir, dünya üzrə sənaye təşkilatlarına təsir edən əsas texnologiya və biznes tendensiyalarını təsvir edir və yaranan problemlərin həlli üçün tətbiq edilən ən yaxşı təcrübələri sadalayır.
"Azərbaycanda sənaye sektoru getdikcə daha çox rəqəmsal həllərə, o cümlədən süni intellekt texnologiyalarına yönəlir. Bu, səmərəliliyin artırılması və avadanlıqlaraprediktiv qulluğun gücləndirilməsiüçün ciddi perspektivlər açır. Bununla belə, unutmaq olmaz ki, kibertəhlükəsizlikdə bu yeniliklərləayaqlaşmalıdır. Beynəlxalq təcrübə göstərir ki, müəssisə süni intellekti nə qədər dərindən tətbiq edirsə, kibercinayətkarlar üçün bir o qədər maraqlı olur.Artan təhdidlər fonunda təkcə yeni texnologiyaların tətbiqi deyil, real risklərə uyğunlaşdırılmış sistemli mühafizənin qurulması, xüsusən də strateji əhəmiyyətli obyektlər üçün vacibdir”,– deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
Kaspersky sənaye müəssisələri üçün xüsusi təhlükəsizlik texnologiyalarını və ekspertlərin təcrübə və biliklərini birləşdirən platforma yanaşması təklif edir. Onun əsas komponenti yerli XDR platforması olan Kaspersky Industrial Cyber Security (KICS)-dir. O, hərtərəfli infrastruktur təhlükəsizliyini təmin edir və insidentlərə reaksiya, mərkəzləşdirilmiş aktivlərin idarə edilməsi, audit və risklərin qiymətləndirilməsi kimi imkanları təmin edir və mürəkkəb mühitlərdə müdafiə miqyasını artırmağa imkan verir.
Kaspersky-nin portfelindəki başqa bir həll Kaspersky Machine Learning for Anomaly Detection həllidir – müxtəlif sənaye sahələrində avadanlıqların işində prediktiv analitikanın təqdim edilməsi və gizli anomaliyaların aşkarlanması üçün proqram məhsuludur.
“VDC Research” haqqında
1971-ci ildə əsası qoyulmuş“VDC Research”dünya üzrə texnologiya satıcılarına, son istifadəçilərə və investorlara avtomatik identifikasiya və izləmə, müəssisənin mobilliyi, sənaye avtomatlaşdırılması və IoT cihazlarına daxil edilmiş texnologiyalarla bağlı məhsullar haqqında ətraflı ekspert məlumatları təqdim edən konsaltinq və tədqiqat şirkətidir.
*Məlumatlar son bir neçə il ərzində “VDC Research” tərəfindən aparılmış sənaye kibertəhlükəsizliyi tədqiqatlarına, həmçinin enerji, kommunal xidmətlər, nəqliyyat, logistika və istehsalat daxil olmaqla müxtəlif ölkə və sənayeləri təmsil edən 250-dən çox OT və İT qərar qəbul edənlərin sorğusuna əsaslanır.