Banklar


TuranBank 2025-ci ilin I yarısının nəticələrini elan edib
15.07.2025

Ölkənin aparıcı banklarından biri olan TuranBank ASC 2025-ci ilin II rübünün yekunlarına əsasən maliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

2025-ci ilin II rübünün yekunlarına görə TuranBank-ın cəmi aktivləri 11, 5% artaraq 948 mln. manata çatıb. Belə ki, Bankın kredit portfeli ötən ilin sonu ilə müqayisədə 6.7% və ya 44 mln. manat artaraq 696 mln. manat, o cümlədən biznes müştərilərinə verilmiş kreditləri 370 mln. manat təşkil edib. Bankın depozit portfeli 5.4 mln. artaraq 467 mln. manat, fiziki şəxslərin depozitləri isə 10 mln. manat artaraq 377 mln. manat təşkil etmişdir ki, bu da müştərilərin Banka olan yüksək etimadının göstəricisidir.

O cümlədən ötən ilin analoji dövrü ilə müqayisədə TuranBank-ın əməliyyat mənfəəti 57% və ya 5.2 mln. manat artaraq 14.4 mln. manata, faiz gəlirləri 11% və ya 4.7 mln. manat artaraq 48.6 mln. manata, qeyri-faiz gəlirləri isə 12.4% və ya 3.4 mln. artaraq 11.5 mln manata yüksəlib. Qeyd edək ki, Bank 2025-ci ilin I yarısını 2,2 mln manat xalis mənfəətlə başa vurub.

2025-ci il II rübü ərzində TuranBank institusional inkişaf və biznes subyektlərinin maliyyələşdirilməsi üzrə kredit xətlərinin cəlb edilməsi istiqamətində digər beynəlxalq maliyyə qurumları ilə də əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirib. Belə ki, TuranBank və nüfuzlu BlueOrchard Beynəlxalq Mikromaliyyələşdirmə Fondu arasında ölkəmizdə, xüsusilə regionlarda kiçik və orta biznesin, sahibkarlıq subyektlərinin yerli valyutada maliyyə resurslarına çıxış imkanlarını daha da genişləndirmək məqsədilə yerli valyutada yeni kredit sazişi imzalanıb. Sazişə əsasən beynəlxalq maliyyə qurumu tərəfindən Banka 3 illik müddətə 10 milyon ABŞ dolları məbləğində Azərbaycan manatında (AZN) sintetik kredit ayrılıb.

Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində şəhid və qazi övladlarına daim diqqət və qayğı göstərən TuranBank ənənəyə sadiq qalaraq hesabat dövründə növbəti xeyriyyə aksiyasına imza ataraq DOST Agentliyinin “Könüllü DOST” proqramı çərçivəsində autizm, daun sindromlu uşaqlar, həmçinin şəhid ailələrinin övladlarının sosial inteqrasiyasını təşviq etmək, onların yaradıcılıq və bacarıqlarını inkişaf etdirmək, həmçinin 1 İyun -  Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar cəmiyyətin diqqətini onların hüquqlarına və ehtiyaclarına yönəltmək məqsədilə tədbir keçirib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatı keçidə daxil olaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəng edərək,  TuranBank-ın rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.



TuranBank

Bizimlə etibarlıdır...


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment