Digər xəbərlər


Türk dünyasının biznes liderləri Şimali Kiprdə toplantı keçirdilər
14.07.2025

Türk Dünyasının Biznes Liderləri Şimali Kiprdə Toplantı Keçirdilər

Bu il iyulun 11-də Lefkoşada, Kipr Türk Ticarət Odasının ev sahibliyi ilə Türk Ticarət və Sənaye Palataları Birliyinin (TCCI) üzvləri və iş dünyasının nümayəndələrinin iştirakı ilə dəyirmi masa toplantısı keçirilib.

Toplantıda Şimali Kipr Türk Cümhuriyyəti İqtisadiyyat və Enerji naziri cənab Olqun Amcaoğlu, Tikinti və Nəqliyyat naziri cənab Erhan Arıklı, Türk İnvestisiya Fondu Prezidenti cənab Bağdat Amreyev, Türk Ticarət və Sənaye Palataları Birliyinin Prezidenti cənab Məmməd Musayev, eləcə də Türkiyə Odalar və Birjalar Birliyinin (TOBB) Prezidenti və TCCI-nin fəxri prezidenti iştirak edib.

Toplantıya Türkiyə, Şimali Kipr Türk Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan iş dünyasının nümayəndələri qatılıblar.

Tədbirdə Kipr Türk İnvestisiya İnkişafı Agentliyinin (YAGA) direktoru Ebru Kaptan Sertoğlu, Şimali Kiprdəki investisiya imkanları mövzusunda təqdimatla çıxış edib.

Kipr Türk Ticarət Odasının prezidenti Turqay Deniz açılış nitqində türk dünyasının dəyərli nümayəndələrini bu tarixi coğrafiyada bir araya gətirməyin təkcə bir qürur deyil, eyni zamanda gələcəyə yönəlik güclü bir həmrəyliyin simvolu olduğunu vurğulayıb. O, Kipr Türk Ticarət Odasının illərdir davam edən məhdudiyyətlərə və ayrı-seçkiliyə qarşı mübarizə apardığını, bununla yanaşı, bölgədə və regiondan kənarda güclü iqtisadi əlaqələr qurmaq yollarını araşdırdığını bildirib. Turqay Deniz bugünkü toplantını əməkdaşlığın və qarşılıqlı etimadın konkret bir göstəricisi kimi qiymətləndirib.

TOBB prezidenti və Türk Ticarət və Sənaye Palataları Birliyinin fəxri prezidenti Rıfat Hisarcıklıoğlu bildirib ki, Şimali Kipr Türk Cümhuriyyətindən gələn məhsulların birbaşa Avropaya, Yaxın Şərqə və Türk dünyasına çatması üçün türk iş dünyası hər zaman Kipr Türklərinin yanındadır.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının və TCCI prezidenti Məmməd Musayev çıxışında Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində keçirilən tədbirdə Şimali Kipr Türk Respublikasının prezidentinin də iştirakını xatırladaraq, bu mötəbər qardaşlıq tədbirinə görə Azərbaycan prezidenti cənab İlham Əliyevə və Türkiyə prezidenti cənab Tayyib Ərdoğana təşəkkürünü bildirib.

Onun sözlərinə görə, 2024-cü ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qarşılıqlı ticarət dövriyyəsi əhəmiyyətli həcmlərdə artaraq 58 milyard dollara çatıb. Qlobal xarici ticarət portfelində ümumi ticarət dövriyyəsi 850 milyard dollar təşkil edən türk dövlətlərinin qarşılıqlı mal mübadiləsinin çəkisi 3 faizdən 7 faizə yüksəlib. Hədəf isə beynəlxalq ticarətdə türk ölkələrinin öz aralarındakı dövriyyəsini 10 faizə çatdırmaqdır.

M.Musayev bildirib ki, Azərbaycan və Şimali Kipr arasında 2025-ci ildə müxtəlif sektorlar üzrə əməkdaşlıq əsasən yüksələn xətlə inkişaf edib. Ticarət həcmi və investisiya göstəriciləri hələ nisbətən məhdud olsa da, 2023‑cü ildən bəri Şimali Kiprdən Azərbaycana kənd təsərrüfatı məhsulları idxal olunur, həmçinin  yüzlərlə azərbaycanlı tələbə Şimali Kiprdə təhsil alır.

Konfederasiya rəhbəri strateji sahələrdə – turizm, təhsil, kənd təsərrüfatı, enerji və tikinti sektorlarında böyük əməkdaşlıq potensialının yüksək olduğunu qeyd edib.

Qeyd edək ki, Lefkoşa səfəri çərçivəsində Azərbaycandan olan sahibkarlar, Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz və millət vəkillərinin iştirak etdiyi “Türkiyə-Şimali Kipr Türk Cümhuriyyətinin 3-cü İqtisadi Konfransı”na da qatılıb.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment