Digər xəbərlər


Azərbaycandakı diplomatik korpusun nümayəndələri üçün“KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”yə da
14.07.2025

Azərbaycanın COP29-a sədrliyi çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən qlobal müstəvidə KOB-ların yaşıl hərəkatının yaradılması məqsədilə irəli sürülmüş “KOB-ların yaşıl keçidi üçün Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin təşviqi və daha çox ölkənin bu təşəbbüsə qoşulması üçün məlumatlandırıcı tədbirlər davam etdirilir. 

“Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin dəstəyi və KOBİA-nın təşkilatçılığı ilə ölkəmizdə fəaliyyət göstərən xarici diplomatik korpusun nümayəndələri üçün Bakı İqlim Koalisiyasına dair təqdimat keçirilib. “KOB-lar üçün Bakı İqlim Koalisiyası: yaşıl ideyadan fəaliyyətə” mövzusuna həsr olunmuş tədbirdə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun 60-a yaxın nümayəndəsi iştirak ediblər.  

Xarici işlər nazirinin müavini Yalçın Rəfiyev iqlim dəyişikliyi ilə mübarizə sahəsində beynəlxalq səviyyədə əməkdaşlığın önəmi, 2024-cü ildə Azərbaycanın ev sahibliyi etdiyi COP29 Sədrliyinin Fəaliyyət Gündəliyi çərçivəsində irəli sürülən təşəbbüslər və bu tədbirin tarixi nəticələri barədə fikirlərini bölüşüb.Daha çox ölkənin KOB-lara cavabdeh qurumlarının Bakı İqlim Koalisiyasını dəstəkləyəcəyinə əminliyini vurğulayıb. 

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-lar üçün ilk dəfə qlobal iqlim hərəkatının yaradılmasını təklif edənbəyannamə ilə bağlı əldə olunan nəticələr, eləcə də sənədin təşviqiistiqamətində KOBİA tərəfindən həyata keçirilən yerli və beynəlxalq fəaliyyətləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bildirilib ki, artıq sözügedən bəyannaməyə 20 beynəlxalq təşkilat və xarici ölkələrin milli qurumları qoşulub. 

KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Elnur Əliyev “KOB-ların yaşıl keçidi üzrə Bakı İqlim Koalisiyası üzrə Birgə Bəyannamə”nin məqsəd və hədəflərinə, bəyannamədə nəzərdə tutulan tədbirlərə dair təqdimatla çıxış edib. Qeyd olunub ki, bəyannaməyə qoşulan ölkələrdə KOB-ların yaşıl keçidinin asanlaşdırılması və bu sahədə qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün institutsional və yumşaq həllər təklif olunur. Yumşaq həllər olaraq bu sahədə KOB subyektlərinin bilik və bacarıqların artırılması məqsədilə təlim, seminar, ən yaxşı təcrübələrin mübadiləsi və s. kimi müəyyən edilib.İnstitutsional olaraq isə bəyannaməyə qoşulan ölkələrdə Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılması nəzərdə tutulur. Belə ki, hər bir ölkədə yaradıla biləcək sözügedən mərkəzlərin rolu milli səviyyədə KOB-ların qarşılaşdığı problemlər barədə məlumatların toplanılması, təhlili və qlobal təcrübəni nəzərə alaraq konkret addımların müəyyən edilməsindən,o cümlədən texniki, ekspert və digər dəstəyin təmin edilməsindən ibarət olacaqdır. 

Sonra xarici diplomatik korpusun əməkdaşlarının müvafiq sənədlə bağlı sualları cavablandırılıb. 

Həmçinin,tədbir iştirakçıları sahibkarlara vahid məkanda “G2B” və “B2B” xidmətlərin göstərildiyi və 2024-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzi tərəfindən qabaqcıl innovativ təcrübə kimi qiymətləndirilmiş KOB evi modeli ilə əyani tanışlıq üçün “Bakı KOB evi” ilə tanış olublar. 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment