Banklar


Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14.07.2025

Unibank 2025-ci ilin ikinci rübünün maliyyə nəticələrini açıqlayıb. Ümumilikdə birinci yarım il ərzində ölkənin real iqtisadiyyatına töhfənin artırılması, nağdsız dövriyyənin artırılması, rəqəmsallaşma və müştəri bazasının genişlənməsi sahələrində mühüm nəticələr əldə edilib.

Hesabat dövründə Bankın strateji hədəflərinə uyğun olaraq biznes kreditlərinin həcmi əhəmiyyətli dərəcədə artaraq, ümumi kredit portfelində payını yüksəltməkdə davam edib.  Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə biznes kreditlərinin həcmi 25%-dən çox artaraq,475 milyon manata çatıb və kredit portfelindəki payı 41%-i ötüb. Biznes portfelin tərkibində mikro kreditlərin də payında kəskin artım qeydə alınıb. 2024-cü ilin eyni dövrü ilə müqayisədə mikro kreditlərin portfeldəki payında 40 %-lik artım qeydə alınıb. Bankın ümumi kredit portfelində ötən ilin uyğun dövrü ilə müqayisədə qeydə alınan artım isə 108 milyon manat təşkil edib. 

Unibank KB ASC-nin İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra edən Heybət Qədirov bildirib:  “2025-ci ilin ilk yarısı Unibank üçün davamlı inkişaf və strateji sabitliyin möhkəmləndiyi dövr oldu. Müştəriyönümlü yanaşmamız, rəqəmsal bankçılığın daha da təkmilləşdirilməsi və daxili idarəetmə sistemlərində aparılan optimallaşdırmalar nəticəsində əhəmiyyətli nəticələr əldə etdik. Qarşımızda duran əsas hədəf – innovativ, şəffaf və inklüziv maliyyə mühiti yaratmaqdır. İlin ikinci yarısında bu istiqamətdə yeni təşəbbüslərlə çıxış etməyi və ölkəmizin sosial-iqtisadi inkişafına daha çox töhfə verməyi planlaşdırırıq.”

Hesabat dövründə nağdsız əməliyyatların həcmində və sayında yüksək artım qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nağdsız əməliyyatların həcmi 24%, sayı isə 30% artıb. İkinci rübün sonuna nağdsız əməliyyatların həcmi 6,9 milyard manatı, sayı isə 214 milyonu ötüb.

Bankın müştəri bazası ötən il ilə müqayisədə 9% artdığı üçün ümumi müştəri sayı 2,1 milyon nəfəri keçib. Ötən ilin eyni dövrü ilə müqayisədə sahibkar müştərilərin sayı 36%, hüquqi şəxslərin sayı isə 20%-dək artıb. 

Dövr ərzində depozit portfeli də sabit artım nümayiş etdirib və müddətli depozitlərin həcminin 68 milyon manat artması fonunda, ümumi depozit portfelinin həcmi 1,2 milyard manatı ötüb.

Bankın məcmu gəlirlərinin cəmi 178 milyon manata çatıb.Hesabat dövründə əməliyyat mənfəəti 25 milyon manata yaxınlaşıb, xalis mənfəət isə 6,9 milyon manat təşkil edib.

Bankın kapital və aktiv bazasında da artım davam edib. Məcmu kapital 14% artaraq, 192 milyon manata çatıb, aktivlərin həcmi isə129 milyon manat artaraq 1,8 milyard manatı ötüb.

Bank ilk yarımil ərzində kapital adekvatlılığı əmsalını da yüksəldib. Bu göstərici 30 iyun 2025-ci il tarixə 13,55 % təşkil edib. 

Unibank – Sənin Bankın!

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment