Milli Depozit Mərkəzinin (MDM) rəhbər şəxsləri dördüncü "Yüksəliş" Müsabiqəsinin qalibləri İsmayıl Hüseynov və Sənan Mustafayev ilə görüşüb. Görüşdə MDM-in kapital bazarında rolu, onun fəaliyyəti, strateji təşəbbüsləri və qurumun gələcək inkişaf prioritetləri barədə geniş məlumat verilib.
Görüşdə kapital bazarı sahəsi üzrə qaliblərin sualları cavablandırılıb, interaktiv formada fikir mübadiləsi aparılıb.