Digər xəbərlər


Qlobal İnnovasiya İndeksi üzrə əlaqələndirmə qrupunun növbəti iclası keçirilib
14.07.2025

Biznes mühiti və Beynəlxalq reytinqlər üzrə Komissiyanın İqtisadiyyat Nazirliyinin rəhbərlik etdiyi Qlobal İnnovasiya İndeksi üzrə Əlaqələndirmə qrupunun video-konfrans formatında növbəti iclası keçirilib. İclasda Əlaqələndirmə qrupunun üzvləri ilə yanaşı, Komissiyanın aidiyyəti işçi qruplarının, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Əlaqələndirmə qrupunun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması məqsədilə İqtisadiyyat Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən həyata keçirilən tədbirlər barədə məlumat verib. İclasda resurslardan daha səmərəli istifadənin, reallaşdırılmış islahatlar barədə beynəlxalq ictimaiyyətin daha geniş  məlumatlandırılması üçün qlobal təşkilatlarla koordinasiyanın gücləndirilməsinin önəmi vurğulanıb.

Komissiyanın Katibliyinin rəhbəri, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin sektor müdiri Vüsal Şıxəliyev Qlobal İnnovasiya İndeksində Azərbaycanın göstəricilərinin yaxşılaşdırılması üçün işçi qrupları arasında qarşılıqlı əməkdaşlığın və məlumat mübadiləsinin artırılmasının əhəmiyyətini qeyd edib.

İclasda işçi qruplarının nümayəndələri tərəfindən Qlobal İnnovasiya İndeksinə dair fəaliyyət planlarında nəzərdə tutulan tədbirlər üzrə görülmüş işlər və gözləntilər barədə məlumat verilib. Azərbaycanın Qlobal İnnovasiya İndeksindəki göstəricilərinin təhlili, İndeksdə ölkəmizin mövqeyinin yaxşılaşdırılmasına dair tövsiyələri əhatə edən təqdimatlar edilib.

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment