Digər xəbərlər


Maliyyənin Gələcəyini Formalaşdırmaq: Mastercard və AmCham Maliyyə Sektorunda Süni İntellektin Rolunu Müzakirə Etdi
11.07.2025

• Süni intellekt müştəri təcrübəsindən tutmuş fırıldaqçılığın aşkarlanmasına qədər maliyyəni yenidən formalaşdırır və ənənəvi interfeyslərdən ağıllı, dialoq əsaslı platformalara keçidi təşviq edir.

• Azərbaycanda sürətli rəqəmsal transformasiya müşahidə olunur – ölkə yeni nəsil maliyyə texnologiyalarını tətbiq etməyə hazır və çevikdir.

• Süni intellekt yalnız real biznes problemlərini həll etdiyi hallarda tətbiq olunmalıdır — məqsəd trendlərə uymaq deyil, fayda yaratmaqdır.

Süni intellekt artıq sadəcə dəbdə olan bir ifadə deyil — o, bankçılıqdan alış-verişə və ödənişlərə qədər gündəlik həyatımızı aktiv şəkildə dəyişir. Bu mesaj AmCham-ın Bakıda təşkil etdiyi “Adapt or Lag: AI’s Inevitable Role in Finance” adlı tədbirdə ön plana çıxdı. Mastercard bu paneldə maliyyə sektorunun gələcəyini formalaşdıracaq trendləri təqdim etdi.

Tədbirin açılış çıxışı Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Xidmətlər üzrə Biznes Rəhbəri cənab Mehmet Gülez tərəfindən edildi. Cənab Gülez çıxışında süni intellektin müştəri təcrübələrini necə yenilədiyi, əməliyyatları sadələşdirdiyi və məlumatlara əsaslanan daha ağıllı qərarların qəbulunu necə dəstəklədiyindən danışdı.

Tədbirin ikinci hissəsində isə Mastercard-ın Türkiyə və Azərbaycan üzrə Xidmətlər üzrə Biznes Rəhbəri cənab Mehmet Gülez və ABB Bankın Rəqəmsal Bankçılıq Direktoru cənab Mehmet Ali Savaşın iştirakı ilə panel müzakirəsi baş tutdu. Panelin moderatoru Mastercard Xidmətlərinin Biznesin İnkişafı üzrə Direktoru cənab Həmid Salamlı idi.

Ağıllı Agentlər Yeni Dövrün Aparıcı Qüvvəsinə Çevrilir

Paneldə müzakirə olunan əsas ideyalardan biri süni intellekt əsaslı “agentlərin” gündəlik kommersiya proseslərində getdikcə artan rolu oldu. Yaxın gələcəkdə bu agentlər yalnız ödənişləri yerinə yetirməyəcək — həm də məhsul axtarışından tutmuş müqayisəyə, alışa və sonrakı dəstəyə qədər bütün alış-veriş mərhələsini idarə edəcəklər.

Bu, mobil tətbiqlərdən və vebsaytlardan uzaqlaşaraq, istifadəçilərin üstünlüklərini anlayan, əvvəlki seçimləri xatırlayan və proaktiv şəkildə onların adından hərəkət edən ağıllı köməkçilərə keçidi simvolizə edir.

“İnterfeysdən daha ağıllı bir qarşılıqlı əlaqə mərhələsinə daxil oluruq,” – deyə Mehmet Gülez bildirdi. “Süni intellekt agentləri sadəcə əmrləri yerinə yetirməyəcək – istifadəçini anlayacaq, ehtiyacları əvvəlcədən görəcək və onun əvəzinə hərəkət edəcək.”

Bu dəyişiklik yalnız rahatlıqla bağlı deyil. Bu, ödəniş infrastrukturunun əsasından dəyişdiyini və maliyyə institutlarının bu yeni reallıqda müştərilərlə əlaqə qurmaq və xidmət göstərmək yollarını yenidən düşünməli olduğunu göstərir.

Daha Ağıllı Ödənişlər, Daha Təhlükəsiz Sistemlər

Tədbir iştirakçıları vurğuladılar ki, süni intellekt artıq marketinq və müştəri xidməti sahələrində inqilabi dəyişikliklər yaradıb. Ancaq növbəti əsas mərhələ ödənişlərdir — bu sahədə isə etimad, tənzimləmə və təhlükəsizlik kimi əlavə çətinliklər mövcuddur.

Mastercard-ın Recorded Future platformasından istifadəsi şirkətin süni intellekt əsaslı kibertəhlükəsizlik sahəsində liderliyini nümayiş etdirir. Platforma real vaxt və tarixi təhlükə məlumatlarını təhlil etmək üçün maşın öyrənməsindən istifadə edir ki, bu da potensial riskləri erkən aşkar etməyə və daha sürətli reaksiya verməyə imkan yaradır.

Bu texnologiya Mastercard-ın fırıldaqçılıq və risk idarəetmə sistemlərinə inteqrasiya olunaraq hücumların qarşısını qabaqcadan alma qabiliyyətini gücləndirir — və süni intellektin təhlükəsizlik, sürət və qərar qəbuletmədə necə ciddi fayda verdiyini göstərir.

Bu Dəyişikliklər Azərbaycana Nə Vəd Edir?

Azərbaycan bu dəyişiklikləri sadəcə izləməkdə deyil — birbaşa iştirak edir. Mehmet Gülez qeyd etdi ki, ölkədə rəqəmsal maliyyə sahəsində transformasiya son illərdə təkcə illik deyil, aybaay baş verir.

“Azərbaycandakı rəqəmsal inkişafın sürəti həqiqətən təsiredicidir,” – deyə Gülez bildirib. “Burada bir neçə ayda baş verən dəyişikliklər başqa ölkələrdə illərlə vaxt aparır. Bu çeviklik ölkənin əsas üstünlüklərindən biridir.”

Regionun digər bazarları ilə müqayisədə, Azərbaycan innovasiyalara açıq yanaşması ilə seçilir. Yerli banklar və şirkətlər yeni texnologiyaları daha tez qəbul edirlər. Artıq bəzi maliyyə institutları süni intellektə əsaslanan müştəri dəstəyi sistemlərini tətbiq etməyə, avtomatlaşdırılmış cavablarla təcrübəni yaxşılaşdırmağa və risk əsaslı rəqəmsal müştəri tanıma proseslərini sınaqdan keçirməyə başlayıblar — bu, bir neçə il əvvəl hələ yeni sayılırdı.

Bəli, e-ticarət infrastrukturu, məlumat sistemləri və rəqəmsal logistika kimi sahələrdə bəzi boşluqlar qalır. Amma əsas olan — düşüncə tərzi artıq dəyişib. Mastercard-a görə, Azərbaycanın aparıcı bankları artıq qlobal rəqəmsal ekosistemə qoşulmağa tam yaxındır — bu isə növbəti mərhələ olacaq.

Hər Kəs Üçün Eyni Yanaşma İşləmir

Kiçik banklar və fintech-lər nəhəng oyunçularla hər sahədə rəqabət aparmalı deyillər. Onlar öz müştərilərini daha yaxşı tanıdıqları sahələri tapmalı və süni intellekti həmin üstünlükləri böyütmək üçün istifadə etməlidirlər. Bu fərdiləşdirilmiş risk analizi və ya xüsusi niş xidmətlər ola bilər.

Sonda panel yalnız texnologiyadan yox, insanlardan bəhs edirdi. Necə yaşayırıq, işləyirik və ödəniş edirik — hər şey dəyişir. Mastercard-ın mesajı isə sadə idi: ağıllı şəkildə uyğunlaş, real dəyərə fokuslan və insanların həyatını sadələşdirən sistemlər qur.


Mastercard haqqında

Mastercard 200-dən artıq ölkə və ərazidə iqtisadiyyatları gücləndirir və insanlara dəstək verir. Müştərilərimizlə birlikdə hər kəsin rifah tapa biləcəyi davamlı bir iqtisadiyyat qururuq. Biz rəqəmsal ödənişlərin geniş spektrini dəstəkləyir, əməliyyatları təhlükəsiz, sadə, ağıllı və əlçatan edirik. Texnologiya və innovasiyalarımız, tərəfdaşlıqlarımız və şəbəkələrimiz insanların, bizneslərin və hökumətlərin öz potensiallarını tam şəkildə reallaşdırmasına kömək edən unikal məhsul və xidmətlər toplusu təqdim edir.

www.mastercard.com

 


     



30.06.2025
Səbinə Mirzəyeva-Atayeva
Moda tarixçisi, layihə meneceri və marketinq üzrə ekspert
Ceyhun Atayev
Biznesin inkişafı və korporativ kommunikasiya üzrə mütəxəssis
21.06.2025
Aysel Süleymanova
Bakcell, Korporativ Kommunikasiya Direktoru | AmCham Azerbaijan, Marketinq, Kommunikasiya və Biznes İnkişafı Komitəsinin təsisçisi və sədri
21.04.2025
Çimnaz Qasımova
Opalus Partners Group şirkətinin təsisçisi və icraçı direktoru | HR strateqi | Liderlik və transformasiya üzrə kouç | Rebirth platformasının təsisçisi
30.12.2024
Günel Mavliyarova
Kapital Bank ASC-nin Marketinq Ekspert Mərkəzinin Lideri
 
27.11.2024
Sevda Əliyeva
ABV Şirkətinin İdarə Heyətinin Üzvü
18.10.2024
İbrahimli Uğur
"Meqa Sığorta" ASC-nin İdarə Heyətinin Sədri
15.08.2024
Azadə Hacıyeva
HR Lider,
Biznes, karyera və şəxsi həyat üzrə Kouç
Korporativ Komanda Kouçu
22.07.2024
Nərmin Qəniyeva
Üçüncü Bahar layihəsinin Həmtəsisçisi



01.05.2025
Emil Ağamaliyev
Meqa Həyat Sığorta şirkətinin İdarə Heyətinin sədri
16.07.2024
Nəriman Əsədov
Kapital Bank-ın İnnovasiyalar komandasının rəhbəri
06.02.2024
Fərid Abuşov
Unibank KB İdarə Heyətinin sədri
16.01.2024
Nuranə Əliyeva
“Aliyevents” tədbirlərin təşkili şirkətinin Rəhbəri
 
09.01.2023
Zaur Ələkbərov
ABB-nin İdarə Heyəti sədrinin müşaviri, ABB Tech Akademiyası və ABB İnnovasiya Mərkəzi layihələrinin icraçısı
06.12.2022
Ramil Imamov
Kapital Bank-ın Pərakəndə Satış İdarəsinin Baş direktoru
12.10.2022
İlkin Quliyev
AccessBank-ın İdarə Heyətinin üzvü
16.02.2022
Davit Tsiklauri
AccessBank-ın İdarə Heyətinin sədri


Company
About
Partners
Support
Products
Business catalog
Interview
Expert
Rating
Payment