"International Leasing" ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşmışdır
10.07.2025
29 may 2025-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə "International Leasing" ASC-nin istiqrazların ticarətə buraxılması üçün “Ticarətə İcazə” qərarı verilmişdir.
Qeyd olunan AZ2002023235 ISIN kodlu istiqrazların yerləşdirilməsi üzrə hərrac 10.07.2025-ci il tarixində yekunlaşmışdır.
Qeyd olunan qiymətli kağızların ticarət nəticələri “Bakı Fond Birjasında Qiymətli Kağızların Ticarətə Qəbulu, Listinqə Alınması, Listinqdə Saxlanılması və Delistinqi Qaydaları”-n 3.19 bəndinin tələblərinə cavab verdiyindən, adıgedən istiqrazlar Standart Bazar Listinq seqmentinə alınır.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı
"International Leasing" ASC
Dövlət qeydiyyat nömrəsi – İSİN
AZ2002023235
İstiqrazların növü və forması
Faizli, təminatsız, sənədsiz, adlı istiqrazlar
Ticarət üsulu/forması
Kütləvi/ Birqiymətli Hərrac
İstiqrazların sayı
1,000 ədəd
İlkin ticarət qiyməti
1,000 manat
İstiqrazların buraxılış həcmi
1,000,000 manat
İllik gəlirlilik faizi
18%
Hərrac qiyməti
1000.00 manat
İstiqrazların reallaşdırılmış həcmi
1,000,000 manat
İstiqrazların sifarişlərinin ümumi həcmi (nominal qiymətlə)
1,000,000 manat
İnvestor sayı
50
Sifariş sayı
50
Ödəmə Periodu
İlk istiqrazın yerləşdirildiyi tarixdən etibarən, ildə günlərin sayı 360 (üç yüz altmış) olaraq götürməklə, hər 30 (otuz) gündən bir ödənişlər həyata keçiriləcəkdir